Mikhail Saakashvili

Mikhail Saakashvili

Hər şeydən əvvəl, “təntənənin səbəbkarı" prezident V. Zelenski Saakaşvilini tənqid edənlərin hədəfinə çevrilməmişdən əvvəl dəfələrlə bəyan edib ki, bir il ərzində yeni hakimiyyətin işinin nəticəsi uğursuzdur. Ukrayna ölkənin sonrakı beş hissəyə parçalanması ilə iqtisadi böhrana uğrayır. 2020-ci ildə $17 mlrd. dollar xarici borc ödəməli olacaq Ukraynanın iqtisadiyyatını xilas etmək üçün qeyri-adi addımlar atılmalıdır.

Zelenskini hər tərəfdən tənqid edirlər, onun siyasi və iqtisadi təşəbbüslərinə qarşı güclü daxili və xarici qüvvələrin olduğuna az diqqət yetirirlər. Mahiyyətcə, Ukrayna prezidentinin həm əleyhdarları, həm də tərəfdarlarının əksəriyyəti köhnə siyasi dünyagörüşü sisteminin məhsuludur və demək olar ki, heç kim pandemiya dövrünün siyasi şəraitində özünü necə aparacağını bilmir. Əlamətdar haldır ki, məhz bu şəraitdə Zelenski öz köhnə dayaqlarına yenidən baxdı və M. Saakaşvilini Ukraynada iqtisadi islahatlar yükünü bölüşməyə dəvət etdi. Məhz bu dövrdə hakimiyyətdə korrupsiyanın ölümsüzlüyünü formalaşdıran ailə, oliqarx və klan əlaqələrindən azad olan insan daha çox vacibdir. Saakaşvili Ukraynada bu əlaqələri dağıda biləcək ən məqbul namizəddir. Çünki Gürcüstanda bunu edə bilmişdi. Görünür, Zelenski qərar qəbul edərkən digər mühüm şəraiti məsələn, deyək ki, Saakaşvilinin eks-prezident Pyotr Poroşenko, DİN rəhbəri Arsen Avakov və oliqarx İqor Kolomoyski ilə mürəkkəb münasibətlərini də nəzərə alıb.

Xarici siyasi reaksiyaya gəlincə, Ukrayna prezidenti nəzərə alıb ki, Moskva və Tbilisinin mənfi münasibəti Vaşinqtonun gizli dəstəyi və BVF-nin kifayət qədər simpatiyası ilə qismən üst-üstə düşür. Nəhayət, əgər V.Zelenski iqtisadi islahatların iflasa uğrayacağı təqdirdə bəzi politoloqların proqnozlaşdırdığı və Saakaşvilinin “ildırım çubuğu” (oxu: “günah keçisi”) rolunu oynadığı ssenariyə müraciət etməyə razı olarsa, onda günahı bu gün təqdir etdiyi şəxslə bərabər və ədalətli şəkildə bölüşəcək.

Hələliksə, Ukraynanın bütün siyasi spektri prezidentin yeni təyinatı ilə bağlı rəyləri səsləndirir və ya müəyyən nəticələrə gələrək onları açıqlamamağa üstünlük veririlər. Ali Radanın baş fraksiyasının və Denis Şmıqalın rəhbərliyilə Nazirlər Kabinetinin münasibəti kənardan daha çox mənfi görünür, nəinki müsbət. Lakin partiyadaxili nizam-intizam hələlik hansısa birliyin nümayiş etdirilməsini tələb edir. Müxalifət Platforması Həyat Uğrunda Partiyasının Siyasi Şurasının sədri, deputat Viktor Medvedçuk Saakaşvilini Ukraynada işlədiyi müddətdə özünü ölkə üçün faydalı göstərməyən “xarici idarəetmə siyasətinin bələdçisi” hesab edir.  Qeyd etmək lazımdır ki, Medvedçuk nə dediyini bilir, çünki özü də başqa xarici idarəetmə mərkəzi ilə olmaqla oxşar siyasətin bələdçisidir. Yeri gəlmişkən, müxalifətyönlü Demokratik Hərəkat - Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadzenin rəyi eyni dərəcədə nüfuzludur. O hesab edir ki, yeni təyinat Kiyev və Tbilsinin münasbətlərində böhranla nəticələnəcək və Rusiya-Ukrayna dialoquna mənfi təsir göstərəcək.  O proqnozlaşdırır ki, hazırki prezident  sələfi kimi öz qərarına peşman olacaq. Saakaşvilinin əsas kozırı antirusiya kartıdır, o, Putini və Rusiyanı təhqir edərək Qərbin gözündə xal toplayacaq və deməli, yenə də odun qıracaq.    Daha sonra gözlənilən xülasə: “Bu gün bəlli olur ki, Saakaşvili onun üçün süni şəkildə yaradılmış bu vəzifədə nə hakimiyyətə, nə ölkəyə, nə də Ukrayna xalqına heç bir fayda verməyəcək. O cümlədən islahat məsələlərində”.

Ukraynanın digər nüfuzlu şəxslərinin əksəriyyəti isə sükut nümayiş etdirirlər.

Ancaq həddindən artıq siyasi ambisiyalarını inkar etmək çətin olan “əsas müttəhim”ə qayıdaq. Məsələ budur ki, bu ambisiyalar son məqsəd olaraq nəyi hədəfləyirlər. Bəziləri deyəcəklər: “M.Saakaşvilinin vətəndaşı olduğu Ukraynada ali vəzifələrə və səlahiyyətlərə nail olmaq üçün”. “Axtarışda olan qaçaq eks-prezidentin vətəndaşlığından məhrum olduğu Gürcüstanda ali hakimiyyətə qayıtmaq üçün”,  - digərləri bildirəcəklər. Hə, bu o qədər maraqlı alternativdir ki, ona məhəl qoymamaq düşüncəsizlikdir (heç olmasa, son dərəcə maraqlı şəxslər üçün).

M.Saakaşvili təyinatını alan kimi (07.05.20) demək olar ki, dərhal  fəaliyyətə başladı (12.05.20): ABŞ-ın Ukraynadakı səfirinin səlahiyyətlərini icra edən Kristina Kvin ilə görüşərək ABŞ tərəfinin Ukraynada islahatların aparılması prosesində iştirakını müzakirə etdi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və bilavasitə səfirliyin islahat prosesinə “daha sıx” cəlb edilməsini təklif etdi. Mükəmməl danışıqlar aparan və BVF ilə əlaqəsi olan adam kimi Saakaşvili şübhəsiz ki, Fondun Ukraynaya təxminən  $6 mlrd. kredit ayırmağa hazırlaşmasını və ölkə iqtisadiyyatına yeni köçürmələr üzrə danışıqları öz üzərinə götürəcək.

Dmitri Plotnikovun analitikasına görə, islahatçı reputasiyası ilə Saakaşviliyə Ukraynanın avropalı və amerikalı tərəfdaşları ilə “qeyri-iqtisadi” danışıqlar aparmaq daha asan olacaq, bununla Zelenskinin imicinin möhkəmlənməsinə xidmət etmiş olacaq. Bu resurs ABŞ-da prezident seçkisi ilində daha vacibdir. Saakaşvilinin siyasi fəallığının digər resursunu isə bu müəllif mərkəzi hakimiyyətlə Ukraynanın bütövlüyünün asılı olduğu regionlar arasında baş qaldırmaqda olan münaqişənin yatırılmasında görür. Bu planda əlbəttə ki, “ümumi düşmənlə müharibə” (Poroşenko, Avakov, Kolomoyski) və ölkə daxilində yeni siyasi müttəfiqlərin axtarışı inkişaf edəcək.

Beləliklə, kənardan cəlbedici görünməyən Ukrayna prezidenti yanında islahatlar üzrə İcraiyyə Komitəsinin rəhbəri postu Saakaşvili kimi fəal fiqurun qarşısında yaxşı siyasi üfüqlər açır. Bu o deməkdirmi ki, Saakaşvilinin siyasi karyerası Ukrayna ilə həmişəlik bağlanır? Faktlar bu suala mənfi cavab verməyə məcbur edir. Məsələ heç də istənilən pyesin əsas personajı olmağa öyrəşmiş məqalə qəhrəmanının siyasi ambisiyalarında deyil. Mühüm olan odur ki, Gürcüstanda, demək olar ki, ölkə üçün taleyüklü parlament seçkisinə hazırlaşan ölkədə vəziyyət Gürcü Arzusunun xeyrinə deyil. Ötən il 2000-ci illərin əvvəllərində Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkatın rəhbərlik etdiyi 20-dən çox müxalifət partiyasının güclü etiraz hərəkatı ilə yadda qaldı. Gürcüstanın ali vəzifəli şəxslərinin bəyanatları, Saakaşvilinin təyinatı ilə bağlı onların rəyləri eks-prezidentin siyasi olimpə qayıdışının mümkünlüyü ilə bağlı ciddi narahatlığı əks etdirir.

Saakaşvilinin yeni postda fəaliyyətini çoxlu bədxah gözlər izləyəcək, onun işinin nəticələri isə öz iddialarına bəraət qazandırmağın göstəricisi olacaq.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti