
7 il axtarışda olan narkotik qaçaqmalçılığında günahladırılan şəxs İstanbulda tutulub
Bakı/28.08.19/Turan: Yeddi il öncə barəsində axtarış elan edilən və qiyabi həbs-qətimkan tədbiri seçilən Azərbaycan vətəndaşı Elnur Hüseynov Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən Türkiyədə saxlanılaraq Bakıya gətirilib.
Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, Elnur Hüseynov külli miqdarda psixotrop maddənin satış məqsədilə qanunsuz yolla əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılığını həyata keçirən sabit cinayətkar qrup - mütəşəkkil dəstənin rəhbəri olub.
Azərbaycan gömrükçüləri həmin dəstənin izinə 2011-ci ilin oktyabrında törədilən cinayət işini araşdırarkən düşüb.
İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun rəhbəri Elnur Hüseynov İrandan külli miqdarda psixotrop maddəni Azərbaycanın gömrük sərhədindən tranzit qaydada keçirməklə İrandan Tailand və Malayziya krallıqlarına göndərməyi planlaşdırıb.
Həmin vaxt müəyyən edilib ki, dəstənin digər üzvləri olan Azərbaycan vətəndaşları - Yeganə Cabbarzadə, Bayram Rzayev və Əfqan Bağırov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər biri 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Cinayət işinin istintaqı zamanı qrupun üzvü olan 4 nəfər Azərbaycan vətəndaşı - Ruslan Quliyev, Nəbi Abdullayev, Niyamərrin Ələkbərov və İradə İsmayılova psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı Malayziyada, digər Azərbaycan vətəndaşı - Rəşad Məmmədov Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı müəyyən edilib.
Nəhayət, 7 il sonra - bu ilin avqustunda Elnur Hüseynov Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Türkiyənin İstanbul şəhərində saxlanılıb və Azərbaycana gətirilərək DGK Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilib.
Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə Hüseynov Elnur Elxan oğluna ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. -0-
-
- Cəmiyyət
- 28 Avqust 2019 12:14
-
- İqtisadiyyat
- 28 Avqust 2019 13:06
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:28
- 343
Rəy yaz