Gəncəlilərin Prezident Administrasiyası qarşısında növbəti etiraz aksiyası
Bakı/28.08.19/Turan: 2018-ci il Gəncə hadisələri ilə bağlı həbs edilmiş şəxslərin valideynləri bu gün Prezident Administrasiyası qarşısında növbəti etiraz aksiyası keçiriblər. Onlarla qadın yürüş edərək, "təqsirsiz olan və saxta ittihamlarla həbs edilən" övladlarının azad edilməsi tələbi səsləndirib.
"Nədir bunların günahı? Sübut olmadan bu maddələri uşaqlarımıza yükləyiblər. Biz buna dözə bilmirik. Bizim prezidentimiz görmür ki, biz analar zülm çəkirik? Dərdimizi kimə deyək? Bir il iki aydır bizim balalarımız içəridə yatıb. Bizi Azərbaycandan rədd edin, çıxaq gedək!", deyə etirazçılardan biri bildirib.
Polis əməkdaşları aksiyanı işıqlandıran jurnalistlərdən çəkilişi dayandırmağı tələb ediblər. Daha sonra Prezident Administrasiyasının əməkdaşları valideynləri binaya dəvət ediblər. Həbs edilən şəxslərin valideynləri müntəzəm olaraq Bakıda və Gəncədə bu cür aksiyalar keçirirlər, bunun sayəsində bir neçə məhkumun azadlıqdan məhrumetmə müddəti azaldılıb.
* 2018-ci il iyulun 3-də Gəncədə o vaxtki dövlət başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov şəhər icra başçısını və cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün DİN Gəncədə iğtişaşlar olduğu, iki polis əməkdaşının qətlə yetirildiyi barədə məlumat yayıb. Bunun ardınca dindarlar və digər şəxslər arasında həbslər başlayıb.
2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov idarədə keçirilən müşavirədə bildirib ki, E.Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.
10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Sonradan Apellyasiya Məhkəməsi işin beş fiqurantını azad edib və iyirmi məhbusun həbs müddəti azaldılıb. -16D06-
-
- Siyasət
- 28 Avqust 2019 11:37
Cəmiyyət
-
"Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır. Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək". Bunu, dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə prezident İlham Əliyev söyləyib.
-
Dekabrın 28-də Bakıda və Abşeronda yağış gözlənilir. Şimal-cənub küləyi şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə müsbət 5 +8, gündüz müsbət 8 + 10 dərəcə olacaq. Rütubət 80-90 faiz olacaq.
-
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Onun vurğulamasına görə, ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
-
Dekabrın 27-də Bakıda və Abşeronda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-11 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək..
Rəy yaz