JMK İkram Rəhimovu azad etməyə çağırıb
Vaşinqton/28.08.19/Turan: Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətindən jurnalist İkram Rəhimovun təqibinə son qoymağı və onu həbsdən dərhal azad etməyi tələb edib.
"İkram Rəhimov dərhal azad edilməli və aclıqdan sonra sağlamlığının bərpa edilməsi üçün şərait yaradılmalıdır. Korrupsiyanı ifşa edən jurnalistlərin həbsi təcrübəsinə son qoyulmalıdır", deyə JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gulnoza Said bildirib.
Rəhimov 20-ci gündür ki, Bakı İstintaq Təcridxanasında əsassız həbsinə etiraz əlaməti olaraq aclıq edir. Penitensiar Xidmət onun aclıq etməsi faktını təsdiq edir, amma sağlamlığında hər hansı problem olduğunu inkar edir.
** Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.
İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahid və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.
Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib. Etiraz əlaməti olaraq Rəhimov aclığa başlayıb.
Avqustun 21-də o, məhkəmə heyətinə etiraz edib və dinləmələr ayın 28-nə təxirə salınıb. -16B-
Siyasət
-
2024-cü ilin noyabrına olan rəsmi məlumata əsasən, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi (ICE) tərəfindən yekun deportasiya əmri alan 1,4 milyon ABŞ vətəndaşı olmayan şəxsin arasında 700-dən çox Azərbaycan vətəndaşı var.
-
Gürcü Arzusu Avropa Şurası Parlament Assambleyasında işini dayandırır. Bu barədə Gürcüstan nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bildirib.
-
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutuları açılmadığı, səssayma aparılmadığı bildirilir.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri aşağı seçici fəallığı və ciddi mübahisələr fonunda keçirildi. Seçicilər saat 08:00-dan 19:00-a qədər səs verdilər. Mərkəzi Seçki Komissiyası (MSK) prosesin problemsiz keçdiyini bildirsə də, müstəqil müşahidəçilər və müxalifət nümayəndələri seçkilərin şəffaflığı və inklüzivliyi ilə bağlı narahatlıqlarını ifadə etdilər.
Rəy yaz