
Açiq mənbələrdən foto.
879 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Bakı/19.03.21/Turan: Azərbaycanda gün ərzində koronavirusa 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər sağalıb, 11 nəfər vəfat edib, bu barədə martın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Ölkədə koronavirusa yoluxanların ümumi sayı 244 303 nəfər təşkil edib, onların 232 228 nəfəri sağalıb, 3321 nəfəri isə vəfat edib.
Aktiv xəstə sayı 8755 nəfər təşkil edir.
Gün ərzində 9 776 test aparılıb. -02D-
-
- Cəmiyyət
- 19 Mart 2021 15:45
Cəmiyyət
-
Tanınmış jurnalist Mayis Əlizadə martın 6-da səhər saatlarında İstanbulda qəfil ürək tutmasından vəfat edib. O Türkiyə barədə analitik təfəkkürü, bu ölkənin tarixi və siyasəti ilə bağlı dərin biliyi ilə tanınan jurnalist və tərcüməçi idi.
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
Rəy yaz