Açiq mənbələrdən foto.
9 ictimai-iaşə obyekti cərimə edildi
Bakı/26.07.22/Turan: Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov rayonları ərazisində fəaliyyət göstərən "Gülüstan", "Sofiya", "Şəki", Sumqayıt şəhərində "SV Beach", "Sevgilim", Sultan", Gəncə şəhərində isə "İdeal", "Şəms", "Şahzadə" ictimai-iaşə obyektləri cərimələniblər. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətindən bildiriblər.
Bu müəssisələrin cəriməlnmərinə səbəb havaya normadan artıq tullantı atmaları olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti adları çəkilən ictimai-iaşə obeytlərinin havanı çirkləndirdiklərini keçirdiyi monitorinqlə müəyyən edib.
Faktlarla bağlı Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinə əsasən (müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir) sözü gedən obyekt sahibləri cərimə olunublar. 05D
-
- İqtisadiyyat
- 26 İyul 2022 16:24
-
- Siyasət
- 26 İyul 2022 17:07
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz