Dr Loretta Johnson, Secretary Treasurer, AFT USA
ABŞ Müəllimlərin Həmkarlar İttifaqı Azərbaycanda müəllimlərin siyasi baxışlarına görə işdən azad edilməsindən �şoka düşüb�
Vaşinqton/12.05.17/Turan: Amerika Müəllimlər Federasiyası (AFT) Azərbaycanda müəllimlərin siyasi baxışlarına görə təqib olunmasını pisləyib.
"Amerika Müəllimlər Federasiyasının 1,6 milyon üzvü adından yazıram ki, siyasi partiya mənsubiyyətinə görə hədələrə məruz qalan, sonra isə işdən azad edilən Azərbaycan müəllimləri haqqında eşitdikdə yaşadığımız sarsıntını ifadə edim", deyə AFT-nin katibi Loretta Conson Azərbaycan prezidenti İlham Əliyevə müraciətində yazır, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.
Azərbaycanda müəllimlər bir çox fəallarla birlikdə repressiyaların mərkəzindədirlər və bir neçə müəllim aprelin 8-də Bakıda müxalifətin mitinqində iştiraka görə işdən çıxarılıb.
"Bu, onlarla fəalın, jurnalistin və siyasi rəqiblərin həbslərindən ibarət narahatlıq doğuran modelin elementlərindən biridir. Baş verənlər hüquq müdafiəçilərini ölkənizdə vətəndaş cəmiyyətinin iflic və mühasirə vəziyyətində olduğunu təsvir etməyə məcbur edib", deyə Loretta Conson yazır.
Yerli KİV-in məlumatına görə, aprelin 27-də Xalq Cəbhəsi Partiyasının üzvü Əflatun Əhmədli fizika müəllimi işlədiyi Neftçala rayonunun Mayak kəndinin 1 nömrəli məktəbində işdən azad edilib.
Onun həyat yoldaşı, yenə AXCP üzvü Ülkər Əhmədli 3 nömrəli məktəbdə rus dili müəllimi vəzifəsindən azad edilib.
Ötən həftə başqa bir müəllim, AXCP fəalı Cəlil İmanov da kənd məktəbində tarix müəllimi vəzifəsindən azad edilib.
Azərbaycan hökuməti təxminən 25 il əvvəl vətəndaş hüquqları və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta qoşulub, vətəndaşların hüquqlarına, o cümlədən söz azadlığına, toplaşmaq azadlığına və seçki hüququna hörmət etmək öhdəliyi götürüb.
"Hökumətinizin növbəti addımları Azərbaycanda vətəndaş hüquqları və siyasi hüquqlar üçün əhəmiyyətli olacaq.
AFT insan hüquqlarının müdafiəsinə, şəffaflığa və düzgün idarəetməyə çağıran bütün Azərbaycanlıların işlərini dəstəkləyir", deyə Conson məktubunda bildirir.
* Amerika Müəllimlər Federasiyası tələbələr, onların ailələri və icmalar üçün ədaləti, demokratiyanı, iqtisadi imkanları və yüksək keyfiyyətli ictimai təhsili, səhiyyə və ictimai xidmətləri təmin edən həmkarlar ittifaqıdır. -25B-
-
- Enerji
- 12 May 2017 09:34
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Rəy yaz