Bakı/12.05.17/Turan: "Günəşli" yatağındakı №7 özüldə iki istismar quyusunda hasilat dayandırılıb..
Cümə axşamı SOCAR №7 özüldə qəza riskini minimuma endirmək üçün bütün qazma işlərini dayandırıb. "Hazırda mütəxəssislərdən ibarət operativ qrup yaxındakı özüllərdən və hazır vəziyyətdə növbə çəkən gəmilərdən vəziyyətə nəzarət edir", - deyə şirkət məlumat verir.
Məlumatda bildirilir ki, 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib.
Sonradan özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlib və get-gedə artmağa başlayıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəziyyəti yerində qiymətləndirmək üçün özülə gedib və bütün işçi heyətin tam tərkibdə təxliyə olunması haqqında tapşırıq verib", - deyə məlumatda bildirilir.
Şirkət bildirir ki, qaz sızması qazma vaxtı gil məhlulunda udulma baş verib. Lazımi tədbirlər görülüb, quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altına alınıb.
SOCAR "Günəşli" yatağındakı №7 özülü 14 mart 2016-cı ildə istismara verib. Özül dənizin 148 dərinliyindədir və 20 istismar quyusu qazılamsı üçün hesablanıb. Bunun 6-ı qaz, 14-ü neft quyusudur. №319 quyuda qazma işlərinə 27 aprel 2017-ci ildə başlanılıb.-0--
-
- Cəmiyyət
- 11 May 2017 21:30
Enerji
-
Keçən il Dubayda keçirilmiş qlobal iqlim sammitində razılaşdırılan əsas bərpa olunan enerji hədəflərinə nail olmaq, dünya növbəti altı il ərzində $30 trilyondan çox sərmayə yatırmasa, əlçatmaz bir xəyala çevriləcək.
-
Hazırda Azərbaycanın daxili bazarı hələ də Euro-2 standartına uyğun dizel yanacağı ilə təchiz olunur, bu barədə neft və neft məhsulları bazarının təhlilində ixtisaslaşmış beynəlxalq agentlik "Argus"un oktyabr hesabatında qeyd olunur. Diqqətəlayiqdir ki, iyunun əvvəlində Bakı Neft Həftəsi sərgisində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ildə Euro-5 keyfiyyətli dizel yanacağı istehsalına başladığını nümayiş etdirmişdi. Lakin sonradan məlum oldu ki, bu keyfiyyətdə olan neft məhsulu ixrac olunur və daxili bazara təchizat daha sonra başlayacaq.
-
İki gün davam edən güclü qardan sonra Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb, nəticədə bu bölgələrin 80%-dən çoxu elektriksiz qalıb.
-
Beynəlxalq Enerji Agentliyi (IEA) Cümə axşamı günü 2023-cü ilin dörddə bir əsrdə dünyanın ən sürətli bərpa olunan enerji sektorunun genişləndiyini elan etdi.
Rəy yaz