Məhkəmə Nardaran ağsaqqalına şərti cəza verdi
Bakı/12.05.17/Turan: Cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsinin ağsaqqalı Natiq Kərimov və Azərbaycan İslam Partiyasının keçmiş sədr müavini İnqilab Əhədova hökm oxunub. Məhkəmə hər ikisini CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilib.
Kərimov 4 il sınaq müddəti olmaqla, 7 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, dövlətə xəyanətdə təqsirli bilinib, amma şərti cəza alıb.
Digər təqsirləndirilən şəxs, Azərbaycan İslam Partiyasının keçmiş sədr müavini İnqilab Əhədov 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Proses qapalı rejimdə keçirilib və təqsirləndirilən şəxslərin konkret olaraq nədə ittiham olunduqları məlum deyil.
Qeyri-rəsmi məlumatlara görə, müttəhimlər İranın xeyrinə casusluqda ittiham olunurdular.
Kərimov ötən ilin yanvarında həbs olunub. 2016-cı il yanvarın 19-da o, ev dustaqlığına buraxılıb. Həbsdən əvvəl, 2015-ci ilin noyabrında Nardaranda xüsusi əməliyyat keçirilib, nəticədə 2-si polis olmaqla, 6 nəfər öldürülüb.
Bu hadisələrlə əlaqədar 90 nəfərə yaxın insan həbs olunub. Onların bir hissəsi qanunsuz silah saxlamaq ittihamı ilə müxtəlif müddətli həbs cəzaları alıb.
Bir qrup təqsirləndirilən şəxs, o cümlədən "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə hakimiyyətin zorla ələ keçirilməsi və dövlət quruluşunun dəyişdirilməsi cəhdi ittihamı ilə uzunmüddətli həbs cəzasına məhkum edilib. Digər həbs olunanların işləri üzrə məhkəmə prosesləri davam edir. -06D-
Cəmiyyət
-
Bazar günü, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
-
Bakıda qalxanabənzər vəzin xərçənginə yoluxma halları sürətlə artıb, həm də həkim-endokrinoloq Sadiq Bəbirov uşaqlarda bu cür patologiyaların çox olduğuna diqqət çəkir.
-
Noyabrın 14-də şəkərli diabetlə beynəlxalq mübarizə günü idi. Azərbaycanda diabetdən əziyyət çəkənlər üçün pulsuz dərmanların verilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarına görə, pulsuz dərman Səhiyyə Nazirliyinin təsdiq etdiyi xüsusi formada olan resept nüsxəsində yazılır. Lakin xəstələrə pulsuz dərmanların verilməsində hələ də problemin olduğu ilə bağlı şikayətlər eşidilir.
-
Noyabrın 16-da paytaxtda hava tutqun olacaq, axşama doğru yağış yağa bilər. Səhər və axşam duman olacaq. Mülayim cənub-qərb küləyi şimal-qərb küləyinə keçəcək.
Rəy yaz