NİDA fəalı Elgiz Qəhrəmanlının məhkəməsində
Bakı/11.05.17/Turan: Cümə axşamı Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrliyi ilə NİDA Hərəkatının fəalı Elgiz Qəhrəmanlının işi üzrə məhkəmə prosesində müdafiə tərəfi çıxış edib.
Vəkil Fariz Namazlı xatırladıb ki, E. Qəhrəmanlı 2016-cı il avqustun 12-də həbs olunub və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb. Onun saxlanması barədə ailə üzvlərinə məlumat verilməyib. Ona işgəncə verərək narkotik maddə "tapmasını" və ondan istifadə etmək istəməsini etiraf etməyə məcbur ediblər. Əslində isə narkotik vasitə onun üzərinə qoyulub.
Bundan əlavə, 4 aylıq həbsilə bağlı apellyasiya şikayəti üzrə prosesdə iştirak etməsin deyə təyqizlər nəticəsində ondan ərizə alınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi bu amilləri nəzərə almayıb. Bundan əlavə, birinci məhkəmə instansiyası E.Qəhrəmanlıda narkotik maddənin olması barədə "operativ məlumat" verən şəxsi dindirməkdən imtina edib.
Məhkəmə BMCMİ-nin qeydiyyat kitabını tələb etməyib. Bu kitabda həmin operativ məlumatın daxil olması qeyd edilməliydi, vəkil bildirib.
Mayın 18-də Bakl Apellyasiya Məhkəməsində məhkəmə iclası davam edəcək. E.Qəhrəmanlının şikayəti üzrə qərarın çıxarılması gözlənilir.
Xatırladaq ki, E.Qəhrəmanlı 2016-cı il avqustun 12-də külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi ittihamı ilə həbs edilib. Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.
NİDA Hərəkatı E.Qəhrəmanlının siyasi motivlərlə həbs olunduğunu bildirib. Həbsin əsl səbəbi kimi Facebook-da İlham Əliyevin oğlunun görkəmli dövlət xadimi Şah İsmayıl Xətai ilə müqayisə olunmasına istehza ilə yanaşması göstərilir.
E.Qəhrəmanlı yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.36C-
Cəmiyyət
-
Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı barədə şikayətə baxılması qaydası müəyyənləşdirilib. Prezident İlham Əliyev bununla bağlı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
-
Bu gün, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası başlayır. Ötən həftə (yanvarın 21-də) bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazıların artan repressiyası Avropa Şurasının dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
-
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Rəy yaz