Бакинские калачи. Фото из открытых источников
Dünya taxıl bazarında qiymətlərin artması nəticəsində çörəyin bahalaşması davam edəcək
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) Aqrar Şöbəsinin müdiri Vahid Məhərrəmovun bildirdiyi kimi, dənli bitkilərin dünya qiymətlərinin artması taxıl tədarükü idxalından asılı olan Azərbaycanın daxili bazarında taxılın bahalaşmasına səbəb ola bilər. Belə ki, əgər 2016- cı ilin dekabrında 1 ton ərzaq taxılının qiyməti $122,8 təşkil edirdisə, 2017-ci ilin yanvarında bu rəqəm $137 qədər yüksəldi, hazırda isə dünya bazarında bu dənli bitkinin həmin həcmi $187,4-a təklif edilir.
Ölkəmizin buğda idxalından asılı olduğunu statistika göstərir. Təkcə ötən il Azərbaycanın daxili bazarına 1 mln. 599 min ton buğda idxal edilib. "İdxaldan bu cür asılılıq çox təhlükəlidir. Ölkəni pambıq, tütün və ipəklə xilas etmək mümkün deyil", - deyə ekspert Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
Burada qeyd etmək lazımdır ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) ziddiyyətli statistikası, Dövlət Gömrük Komitəsinin (DGK) ölkə miqyasında təsdiq edilmiş buğda istehlakı normaları hesabı ilə ifadə edilmiş məlumatları yerli istehsal həcmini dəqiq müəyyən etməyə imkan vermir. Məsələn, 700 min ton həcmində bütün strateji buğda ehtiyatı Fövqəladə Hallar Nazirliyinin (FHN) xətti ilə alınır. Daha sonra, DGK 1,5 mln. ton buğda idxalı barədə, KTN isə 3 mln. ton taxıl və 1,8 mln. ton (!) buğda həcmində daxili istehsal haqqında məlumat verir. Özü də, rəsmi məlumatlara görə, daxili tələbatın 1,3 mln. ton səviyyəsində olduğu halda. Belə çıxır ki, Azərbaycan lazım olduğundan 2 dəfə çox buğda idxal edir. Bu necə mümkün ola bilər və hansı idarəyə inanaq?
Məhərrəmovun məlumatlarından görünür ki, Kənd Təsərrüfatı Nazirliyi idxal statistikasını, yəni Dövlət Gömrük Komitəsinin məlumatlarını təkzib edir və israrlıdır ki, ölkə özünü çörəklə 80% təmin edir. Düşünürük ki, həqiqət DGK-nın tərəfindədir, çünki Azərbaycanın unüyüdən müəssisələri valyuta məzənnəsi ilə ayaqlaşır. Belə ki, devalvasiyanın qızğın çağında "Karat Holdinq"in strukturunda fəaliyyət göstərən ən iri unüyütmə müəssisəsi "Karmen" MMC məhsullarının bahalaşmasını dolların məzənnəsinin artması ilə izah edirdi. Şirkətin nümayəndəsi açıq şəkildə bildirmişdi: "Taxılı Rusiyadan alırıq". Buradan belə bir sual meydana çıxır: əgər buğdaya olan daxili tələbatın ödənilməsi idxaldan asılıdırsa, Kənd Təsərrüfatı Nazirliyi nə ilə məşğul olur?
"1,8 mln. ha şumluq torpaqları olan ölkə onların deqradasiyası, suvarma suyunun qıtlığı ("Meliorasiya və Su Təsərrüfatı" ASC-nin regional idarələrinin səmərəsiz işi), məhsulun vaxtında yığılması, təmizlənməsi və çeşidlənməsi üçün müasir aqrotexnikanın kəskin surətdə çatışmazlığı üzündən özünü buğda ilə təmin edə bilmir. "Beyin axını" da öz təsirini göstərir, savadlı kadrlar çox az qalıb və bu cür mütəxəssislərin hazırlanması üçün texniki-peşə məktəbləri də yoxdur. Bütün bu problemlərin həlli üçün ərzaq təhlükəsizliyi siyasəti çərçivəsində savadlı aqrar siyasəti həyata keçirilmir. Kənd Təsərrüfatı Nazirliyinə zahiri görüntü yaradaraq gözdən pərdə asmaq, yerli istehsalın həcmini yalandan şişirtmək (əslində, yerli rayon icra hakimiyyətləri elə bununla məşğuldur) qalır", - deyə Məhərrəmov vurğulayıb. Ekspertin sözlərinə görə, daxili istehsal buğdasının keyfiyyətli, əksərən, çox aşağı olur. Bu, mal-qaraya verilən yem taxılıdır.
Məhərrəmovun fikrincə, taxıl istehsalının 3 mln. ton həcmində bəyan edilməsi şübhə doğurur, çünki ölkədə belə məhsul üçün heç anbarlar da yoxdur.
"Keçən il "Respublika" qəzeti kənd təsərrüfatı naziri Heydər Əsədovun məqaləsini dərc etmişdi: o, yazırdı ki, 1996 - 2016-cı illərdə kənd təsərrüfatı torpaqlarının sahəsi 2,4 dəfə, taxılın daxili istehsalının həcmi 1 mln. 18 min tondan 3 mln. 65 min tona qədər, yəni təxminən 3 dəfə artıb. Bu rəqəmlərin şübhə doğuran olduğunu görmək üçün Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin saytlarında göstərilmiş idxal statistikasına baxmaq kifayətdir. DGK-nın məlumatlarına əsasən, 1996-cı ildə Azərbaycan $28,6 mln. məbləğində 143 min ton buğda idxal edib. Bu nazirliyin statistikası göstərir ki, 20 ildən sonra idxalın həcmi 10 dəfə artıb! Ötən il $295 mln dollarlıq 1 mln. 599 min ton buğda idxal olunub. Beləliklə, 20 il əvvəl daxili tələbatın 20-25%-ni idxal hesabına ödəyirdilər, halbuki bu gün idxal buğdası daxili tələbatın 100%-ni təmin edir", - deyə ekspert xüsusi olaraq qeyd edib.
Beləliklə, Azərbaycanın daxili bazarı dünya taxıl bazarında qiymət tərəddüdlərindən qorumamış qalır. Çörəyə olan qiymətlərin zahiri sabitliyinə baxmayaraq (son bahalaşma 2015-ci ilin dekabrında 40 qəpikdən 50 qəpiyə artmaqla olmuşdu) kömbənin çəkisi sürətlə aşağı düşür. Həm də ki, kömbənin qiymətində buğdanın qiyməti 10-15%-ə çatır, çünki məmulatın çəkisi 300- 500 qram arasındadır.
Taxılın 1 kiloqramının topdansatış qiyməti barədə çıxardığımız nəticələr taxılın yerli fermerlərdən alış qiymətinin 1 ton buğda üçün 250 manat, onun 1 kiloqramı üçün 25 qəpik məbləğində olduğunu elan etmiş Taxıl Fondunun informasiyası ilə təsdiq edilir. İstehsalçıların topdansatış qiymətlərinin 50 qəpik səviyyəsində olduğu və taxılın qiyməti nəzərə alınmaqla, 1 kiloqram yerli istehsal unu qiymətinin taxılın alış qiymətindən təxminən 2 dəfə çox olduğu aşkardır. Bu zaman 1 kömbə çörəyin (500 qram çəkisində) pərakəndə satış qiyməti 1 kiloqram unun qiymətindən 4 dəfə çoxdur.
Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynovun "Turan"a bildirdiyi kimi, hazırda 50-kilоluq əla növ un kisəsinin pərakəndə satış qiyməti 25-26 manat, topdansatış (bilavasitə zavoddan satılır) qiyməti 23 manat 75 qəpik təşkil edir. Onun sözlərinə görə, devalvasiyaya qədər un kisəsinin qiyməti 22 manat civarında idi. "27.84.288 Dövlət Standartına görə, "zavod çörəyi"nin çəkisi 3 kiloqramdan çox ola bilməz, amma onun minimum aşağı həddi standartla müəyyən edilməyib, bu isə istehsalçılar üçün çox əlverişlidir. Standarta görə, bu çörəyin bişirilməsində əla növ unundan istifadə edilir", - deyə Hüseynov bildirib.-0--
Rəy yaz