
Astana AZAL reysilə bağlı dərc olunmuş danışıqların orijinaldan fərqləndiyini bildirib
Bundan əvvəl pilotların danışıqları ilə bağlı İnternetdə dərc olunmuş açıqlamalar dekabrın 25-də Aktauda qəzaya uğramış AZAL təyyarəsinin "qara qutusundakı" materiallardan fərqlənir. Bu barədə yanvarın 24-də Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
"Qara qutuların məzmununda böyük fərq var. Rəsmi mənbələri gözləyin", - o mətbuat konfransında deyib, lakin bu fərqlərin nədən ibarət olduğunu açıqlamayıb.
Onun sözlərinə görə, heç bir məlumat itirilməyib, onların surətləri Rusiya və Azərbaycana verilib. Araşdırmanın ilkin nəticələri gələn həftə açıqlanacaq.
Xatırladaq ki, yanvarın 15-də “Baza” telegram-kanalı AZAL ekipajının dispetçerlərlə danışıqlarının stenoqramını yayıb. Bundan məlum olub ki, ekipaj bir neçə dəfə Qroznıya enməyə cəhd edib, sonra yerli dispetçerlərə bildirib ki, təyyarəyə quş girib və "kabində iki kreslo partlayıb". Bundan sonra ekipaj bildirib ki, Minvoda, sonra Mahaçqalaya uçacaq. Eyni zamanda bildirilib ki, təyyarə idarəetməni itirir və onun hidravliki pozulub.
Sonra ekipajı Rostov dispetçerlərinə birləşdiriblər, ekipaj bildirib ki, təyyarəni Bakıya aparmaq istəyir, dispetçerlər Mahaçqalaya uçmağı təklif ediblər, lakin sonra ekipaj bildirib ki, Aktauya uçacaq və xəbərdarlıq edib ki, salonda oksigen bitir. Bundan sonra ony Aktau dispetçerlərinə birləşdiriblər, enişə icazə veriblər, bununla da danışıqlar kəsilib.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı Konvensiyasına uyğun olaraq qəzanın istintaqına Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və “Embraer” nümayəndələri iştirak edirlər. “Qara qutu”lar beynəlxalq ekspertlərin iştirakı ilə çıxarılır və açıqlanır.
Azərbaycan KİV, eləcə də “Euronews” və “Reuters”in dərc etdikləri materiallarda qəzanın səbəblərindən biri kimi Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin işinə dair versiya müzakirə edilir.
Dekabrın 29-da İlham Əliyev bildirib ki, Azərbaycanın mülki təyyarəsi Qroznı şəhəri yaxınlığında yerdən atəşə tutulub və praktiki olaraq idarəetməni itirib. Bundan əlavə, təyyarə elektron mübarizə vasitələri səbəbindən idarəolunmaz vəziyyətə düşüb.
Aviaqəza dekabrın 25-də Aktau yaxınlığında baş verib. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla, 67 nəfər olub. 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
-
- Cəmiyyət
- 24 Yanvar 2025 12:47
Siyasət
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
-
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasına dair bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Rəy yaz