
Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı təcridxanada jurnalistlərə fiziki təzyiqlərin olduğunu bildirib
“Abzas Media” nəşrinin redaktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Sevinc Vaqifqızı jurnalist həmkarlarının personal tərəfindən fiziki təzyiqlərə və ayrı-seçkiliyə məruz qaldığını bildirib.
O, yaxınları ilə telefon danışığında bildirib ki, həmkarı Elnarə Qasımova ilə salamlaşmaq cəhdinə görə zorakılığa məruz qalıb.
Vaqifqızı telefon danışığına gedərkən Elnarə Qasımovanın kamerasında yanında qapının pəncərəsindən ona salam vermək istəyib. Bu zaman Aygül Babayeva adlı nəzarətçi jurnalistin əlini sıxıb və divara tərəf itələyib.
Ancaq digər məhbuslara bu cür ünsiyyət qadağan edilmir, jurnalistlər isə ayrı-seçkiliyə məruz qalırlar.
Jurnalistlərin etirazlarına cavab olaraq nəzarətçi deyib ki, “başqalarına olar, amma sizə olmaz”.
Vaqifqızı, Qasımova və Nərgiz Absalamova əvvəllər də nəzarətçilərin fiziki təzyiqlərindən şikayətləniblər.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
* 2023-cü ilin noyabr - 2024-cü ilin yanvar aylarında “Abzas Media”nın rəhbərləri və əməkdaşları - Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin araşdırmaçı jurnalist, Turan agentliyinin əməkdaşı Hafiz Babalı Həbs olunublar. Mayda bu iş üzrə iqtisadçı və "Azadlıq " radiosunun əməkdaşı Fərid Mehralızadə də həbs olunub.
Əvvəlcə onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbit olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin 16-19 avqust tarixlərində jurnalistlərə qarşı daha ağır ittihamlar - Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə eetməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələrilə ittihamlar irəli sürülüb.
Bu ittihamlar üzrə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Jurnalistlər bütün ittihamları rədd edirlər, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqib olunduqlarını bildirirlər.
Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar. Bir çox beynəlxalq jurnalist və hüquq- müdafiə təşkilatı bu ittihamları uydurma hesab edərək jurnalistləri azad etməyə çağırıb.
-
- Cəmiyyət
- 24 Yanvar 2025 12:47
Siyasət
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
Rəy yaz