![Ali Məhkəmədə Xədicə İsmayılovanın şikayətinə baxılacaq](https://turan.az/resized/media/2016/main/051600156048-750-500-resize.webp)
Ali Məhkəmədə Xədicə İsmayılovanın şikayətinə baxılacaq
Mayın 25-də saat 14:30-da Ali Məhkəmədə Xədicə İsmayılovanın kassasiya şikayətinə baxılacaq. İşə Əli Seyfəliyevin sədrliyilə hakim heyəti baxacaq. Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Müdafiə tərəfi X.İsmayılovaya bəraət verilməsinə çalışacaq.
Kassasiya şikayəti hələ bu ilin yanvarında verilib və məlum olmayan səbəblərdən işə baxılması yubadılıb.
“Azadlıq” radiosunun Azərbaycan xidmətinin jurnalisti Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs olunub və sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 7,5 il müddətinə azadlıqdan məhrum olunub. Jurnalist özü, yerli və beynəlxalq hüquq müdafiəçiləri əmindir ki, o, Azərbaycan hakim elitasının korrupsiyaya bağlılığını araşdırdığına görə təqib olunur.–06D--
-
- İqtisadiyyat
- 16 May 2016 10:22
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz