«AzerGold» QSC-nin Nizamnamə və strukturu təsdiq edilib
Nazirlər Kabineti mayın 11-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar qəbul edib. Bu məsələnin həlli üçün hökumətə 15 ay lazım gəlib. Belə ki, ötən il fevralın 11-də prezident bununla bağlı məsələlərin həlli üçün 2 ay vaxt ayırmışdı.
“AzerGold” əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəni, satışı, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək. Şirkətin törəmə müəssisələri də olacaq.
SC-nin nizamnamə kapitalı 2 mln manatdır. Nizamnaməyə görə, Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur SC-nin mərkəzi aparatı Hökumət Evində yerləşir.
Müşahidə Şurası İqtisadiyyat Nazirliyi tərəfindən 3 il müddətinə təyin edilən 5 nəfər üzvdən ibarətdir. İdarə Heyətinin sədri və biri istisna olmaqla 5 üzvü Azərbaycan prezidenti tərəfindən təyin edilir. “AzerGold” QSC-nin İdarə Heyətinin üzvlərindən birini İqtisadiyyat Nazirliyi təyin edir.
Qeyd edək ki, “AzerGold” QSC-nin korporativ strukturu və idarəetməsi, o cümlədən daxili və kənar müstəqil auditin, maliyyə hesabatının təşkili, açıqlanması və s. bu saəhədə ən qabaqcıl standartlara cavab verir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz