![](https://turan.az/resized/news/2025/lzuZt9UAHihCkyocoo0TE5UShGaqpU4cw7GBA6x0-750-500-resize.webp)
Azərbaycan və Ukrayna diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümünü qeyd edir
2025-ci il fevralın 6-da Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü tamam olur. Bununla əlaqədar Ukraynanın Bakıdakı səfiri Pavel Husev rəsmi qəbulda deyib.
"Bu, ölkələrimiz arasında dostluğun, qarşılıqlı dəstəyin və strateji tərəfdaşlığın rəmzi olan mühüm tarixdir. Biz üç onillik ərzində siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əlaqələri möhkəmləndirmişik, gələcək əməkdaşlıq üçün möhkəm təməllər qoymuşuq", deyə Qusev yazır.
Səfir qeyd edir ki, "Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin dərin tarixi kökləri var".
"Hələ 1918-ci ildə Ukrayna dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında rəsmi diplomatik əlaqələr qurulmuşdu ki, bu da müasir tərəfdaşlığın əsasını təşkil edirdi".
Ukrayna və Azərbaycanın müstəqilliyinin ilk günlərindən xalqlarımız həmişə bir-birini dəstəkləyiblər. Bakının mərkəzində Şəhidlər Xiyabanında digər Qəhrəmanlarla birlikdə 28 yanvar 1992-c ildə
Qarabağ səmasında helikopteri idarə edərkən həlak olan ukraynalı pilot Viktor Seriogin də dəfn olunub.
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin divarında isə Ukraynanın azadlığı və müstəqilliyi uğrunda canından keçən azərbaycanlıların portretləri asılıb.
"Ölkələrimiz fundamental beynəlxalq hüquq prinsiplərinə riayət etməklə, ardıcıl şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir", deyə səfir qeyd edir.
-
- İqtisadiyyat
- 6 Fevral 2025 14:41
Siyasət
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
-
Azərbaycan prezidenti İlham Əliyevin 6 fevral tarixli sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi jurnalist Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçib.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 208
Rəy yaz