![Apellyasiya Məhkəməsi dini fəalı həbsdə saxlayıb](https://turan.az/resized/media/2018/main/021700007729-750-500-resize.webp)
Apellyasiya Məhkəməsi dini fəalı həbsdə saxlayıb
Bakı/17.02.18/Turan: Cümə günü Bakı Apellyasiya Məhkəməsi "Müsəlman Birliyi" Hərəkatının üzvü Samir Babayevin 60 sutka həbs qərarı ilə bağlı şikayətini təmin etməyib.
Maştağa qəsəbəsinin sakini S.Babayev fevralın 3-də saxlanılıb. Ertəsi gün Sabunçu Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilib. Iddia olunur ki, onun üzərindən narkotik maddə tapılıb. Məhkəmə S.Babayevə 60 sutka inzibati həbs cəzası verib.
Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində İlqar Murquzovun sədriyilə S. Babayevin şikayətinə baxılıb.
O, ittihamı əsassız sayıb və onda narkotik maddənin olmadığını bildirib. S.Babayevin sözlərinə görə, tutulmasının gerçək səbəbi həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olmasıdır.
Şikayət təmin olunmayıb.-06D-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz