юрист Ялчин Иманов
Vəkillər Kollegiyası Yalçın İmanovun məsələsinə Gəncədə baxacaq
Bakı/17.02.18/Turan: Hüquqşünas Yalçın İmanovun vəkillik səlahiyyətlərinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsinə Gəncə Şəhər İnzibati-İqtisad Məhkəməsində baxılacaq. Bu barədə Turan-a Y.İmanov bildirib.
Onun sözlərinə görə, hazırlıq iclası fevralın 21-nə təyin edilib. İclasa Rəşid Məmmədov sədrlik edəcək.
İşə İnzibati-İqtisad Məhkəməsində baxılması vəkili təəccübləndirib.
Bundan öncə belə məsələlərə Bakı məhkəmələrində baxılıb. Üstəlik, belə məsələlərə ümumi məhkəmələrdə baxılmalıdır. İnzibati-İqtisad məhkəmələri inzibati orqanlardan şikayətləri araşdırır.
Digər tərəfdən, Bakıda iki İnzibati-İqtisad Məhkəməsinin olduğu halda, niyə işə Gəncədə baxılmalıdır?
Y.İmanov deyib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti səlahiyyətlərin dayandırılması haqda qərarın tam mətnini indiyədək təqdim etməyib.
Xatırladaq ki, 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun səlahiyyətlərini dayandırıb və onun Vəkillər Kollegiyasından kənarlaşdırılması üçün mhkəməyə müraciət edib. Buna vəkili ictimai sabitliyin pozulmasında ittiham edən Penitensiar Xidmətin müraciəti səbəb olub. Y.İmanov isə bildirib ki, öz peşə fəaliyyətini yerinə yetirərək müdafiə etdiyi şəxsə qarşı işgəncə faktlarını açıqlayıb.
Beynəlxalq Hüquqşünaslar Assosiasiyası və Avropa Şurası insan hüquqları üzrə komissar Y.İmanovun kənarlaşdırılması barədə qərarı pisləyiblər.-06D--
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 280
Rəy yaz