Daha yeddi nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib
Bakı/17.02.18/Turan: Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycanın dövlət başçısı postuna iddialı olan daha yeddi nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. MSK müvafiq qərarı şənbə günü qəbul edib.
Əsasən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Dörd nəfərin namizədliyi rəhbərlik etdikləri partiyalar tərəfindən irəli sürülüb.
Həmin şəxslər bundan öncəki seçkilərdə də namizədliklərini irəli sürüblər, ancaq çox az, 1-2 faiz civarında səs toplayıblar.
A.Əlizadə, Q.Həsənquliyev və F.Quliyev Milli Məclisin deputatlarıdır.
H.Hacıyev müxalfət liderlərinə və hakimiyyəti təndiq edən digər şəxslərə qarşı hücumları ilə tanınır.
Bundan əlavə, ictimaiyyətdə geniş tanınmayan Elşən Həsənov və Asif Məmmədovun da namizədliklərinin irəli sürülməsi təsdiqlənib. Razi Nurullayev in namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən irəli sürülüb.
2015-ci ildə o, partiya sıralarında nifaq salmaq cəhdinə görə Xalq Cəbhəsi Partiyasından xaric edilib. Partiya rəhbərliyi onu hakimiyyətlə gizli əməkdaşlıqda ittiham edib.
Beləliklə, prezidentliyə namizədliyini irəli sürənlərin sayı 12-yə çatıb.
Bundan öncə MSK dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Liberal -Demokrat Partiyasının sədri Fuad Əliyev, bitərəf, parlamentin deputatı Zahid Oruc, Vəkillər Kollegiyasının üzvü Anar Umudov, Ağ Partiyanın sədri Tural Abbaslının prezidentiyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Rəsmi qeydiyyat üçün namizədlər 125 seçki dairəsinin minimum 60-da ən azı 40 min seçici imzası toplamalıdır, İmzaların qəbulu martın 12-i saat 18:00-da başa çatır.
Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) seçkilərin keçirilməsi üçün demokratik şərait olmadığından boykot etdiyini bəyan edib. Müsavat və Ümid partiyaları seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.
REAL Hərəkatı, NİDA, Demokratiya və Rifah Hərəkatı seçkilərin nəticələrinin tanınmayacağını bəyan ediblər. -06D--
Siyasət
-
Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsi talış tarixinin tədqiqatçısı İqbal Əbilovun həbsinin 4 ay uzadılması barədə şikayətə baxıb.
-
"Gürcüstanda qara bazar ertəsi: polis və xüsusi təyinatlıların qoruduqları qapıların arxasında “Gürcü Arzusunun kölələri" bizim Konstitusiyamızı məhv edir və parlamentimizi təhqir edirlər". Bazar ertəsi Gürcüstan prezidenti Salome Zurabişvili müxalifəti tanımayan yeni çağırış parlamenti belə şərh edib.
-
Gürcüstanlı tanınmış fəal Samirə Bayramovanı Yerevanda təyyarədən buraxmayıblar. O, WAW aviaşirkətinin reysilə Tbilisiyə uçurmuş, lakin pis hava şəraitinə görə təyyarə Yerevana məcburi eniş edib.
-
Noyabrın 25-də Xətai Rayon Məhkəməsində iqtisadçı, “Abzas Media işi” üzrə həbs edilmiş Fərid Mehralızadənin şikayətinə baxılıb. O, mənzilində axtarpış və götürülmüş əşyalarına baxış zamanı istintaq orqanının hərəkətlərindən şikayət edib.
COP29 bitdi. Geriyə nə qaldı? – Fuad Həsənov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:41
- 257
-
- İqtisadiyyat,
- 13:04
- 302
Rəy yaz