![Orduxan Temurxan. amerikaninsesi.org](https://turan.az/resized/media/2018/main/021700007733-750-500-resize.webp)
Orduxan Temurxan. amerikaninsesi.org
O.Teymurxanın yaxınlarının polisə aparıldığı bildirilir
Bakı/17.02.18/Turan: Hollandiyada yaşayan siyasi mühacir, bloqqer Orduxan Teymurxanın Bakıda yaşayan yaxın qohumlarına təzyiqlərin oldugu bildirilir.
Bu haqda onun özü sosial şəbəkələr üzərindən məlumat yayıb.
Orduxan Teymurxanın bildirdiyinə görə, bu gün, fevralın 17-si onun Bakıda yaşayan bacılarının evlərinin qarşısına polislər toplaşıb. Bacısı oğullarının saxlandığını bildirən bloqqer deyib ki, bu, onun fəaliyyəti ilə bağlıdıdır.
Son günlər Avropanın müxtəlif şəhərlərində Azərbaycan prezidenti İlham Əliyevin əleyhinə aksiyalar düzənlədiklərini qeyd edən O.Teymurxan 10 ildir ki, ailəsi ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Onlara məcbur ediblər, məndən imtina da ediblər. Orda baş verənlər bizim Avropada təşkil etdiyimiz aksiyalara heç bir təsir göstərməyəcək. Nəslimizi silsəniz də, aksiyalara davam edəcəyik", O.Teymurxan deyib.
Blooqerin söylədiklərinə Suraxanı rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb. İdarənin növbətçi hissəsindən Turan-ın suallarını cavablandlırmaqdan imtina ediblər.
Daxili İşlər Nazirliyi də O.Teymurxanın söylədiklərini şərh etməyib.
Qeyd edək ki, dünən millət vəkili Elman Məmmədov O.Teymurxanın, eləcə də xaricdə yaşayan tənqidçi bir neçə siyasi mühacirin Azərbaycana gətirilməsinə, cəzalandırılmasına çağırış etmişdi.
O.Teymurxanın yaxınlarının evinə polis gəlməsi ilk dəfə deyil.
Ötən il fevralın 18-dən başlayaraq, Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılmışdı. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu bildirilirdi. Ardınca Suraxanı rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.
Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.
Hollandiyada yaşayan bloqqer isə baş verənləri özünün ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyirdi.--0--
Cəmiyyət
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
-
Azərbaycan Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 140
Rəy yaz