KXCP növbədənkənar prezident seçkilərini boykot edir
Bakı/17.02.18/Turan: Fevralın 17-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məslisi partiyanın 11 aprel növbədənkənar prezident seçkisini boykot etmək barədə qərar qəbul edib. Bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu Turana bildirib.
"Ali Məclis partiyamızın rayon və şəhər şöbələrinin qərarlarını, partiya fəallarının və cəmiyyətin münasibətini əsas sayaraq boykot barədə qərar qəbul etdi. Ali Məclis həmçinin seçkilərdə iştirak etməyən təşkilatlarla məsləhətləşmələr aparmağı məqsədəuyğun saydı", o qeyd edib.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 2007-ci il yanvarın 31-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Hazırda Xalq Cəbhəsi, Müsavat, Ümid, Klassik Xalq Cəbhəsi partiyaları, REAL, NİDA, D18 hərəkatları seçkilərdə iştirak etmir.-06D--
Siyasət
-
USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırmalı olduğu barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
Rəy yaz