Apellyasiya Məhkəməsi Pərviz Həşimlini həbsdə saxladı
Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində Abid Abdinbəyovun sədrliyi ilə jurnalist Pərviz Həşimlinin qanunsuz həbsi ilə bağlı şikayətinə baxılıb.
Vəkil Anar Qasımlının Turan-a verdiyi məlumata görə, jurnalist ona qarşı irəli sürülmüş silah qaçaqmalçılığı və qanunsuz silah saxlamaq ittihamlarının saxta olduğunu təkrar edib.
O, məhkəmədən qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Lakin məhkəmə bu vəsatəti və bütünlükdə şikayəti təmin etməyərək, Həşimlini həbsdə saxlayıb.
Vəkil bildirib ki, növbəti addımlar Həşimlinin zaminə buraxılması və ya həbsin ev dustaqlığı ilə əvəz edilməsi haqqında yeni vəsatətlər qaldırılması ola bilər.
* Xatırladaq ki, Həşimli “Bizim yol” qəzetinin parlament müxbiri, moderator.az saytının və Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzi QHT-nin rəhbəri, habelə AXCP Ali Məclisinin üzvüdür.
Təqsiri sübuta yetirilərsə, o, 8 ilədək azadlıqdan məhrum edilə bilər. -06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz