Apellyasiya Məhkəməsi Rəsul Cəfərovun şikayətini təmin etməyib
Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə həbs edilmiş hüquq müdafiəçisi Rəsul Cəfərovun bank hesabına həbs qoyulması ilə bağlı verdiyi şikayətinə baxılıb.
Prosesdə hüquq müdafiəçisinin nümayəndəsi Günay İsmayılova iştirak edib və Cəfərovun özünün də iştirakı təmin edilib.
Rəsul Cəfərov məhkəmədə çıxış edərək bank hesabına həbs qoyulması üçün Səbail Rayon Məhkəməsi kifayət qədər əsaslara malik olmadığını və buna görə də qanunsuz çıxarılmış qərarın ləğv edilməsini istədiyini bildirib.
Məhkəmə şikayəti təmin etməyib və Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi bir sıra yerli və beynəlxalq QHT-lərə qarşı açılmış cinayət işi ilə əlaqədar Baş Prokurorun müavini Rüstəm Usubovun təqdimatı və Ağır Cinayətlər üzrə istintaq idarəsinin müstəntiqinin vəsatəti əsasında Rəsul Cəfərovun “Bank REspublika” Açıq Səhmdar Cəmiyyətində olan hesabına həbs qoyulması barədə 07 iyul tarixli qərar çıxarıb.
Xatırladaq ki, Rəsul Cəfərov avqustun 2-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213(vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb, barəsində 3 aylıq həbs tədbiri seçilib.
Qeyd edək ki, Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb. -0-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz