Avropa Məhkəəsi Turac Zeynalovun işi üzrə kommunikasiyaya başlayıb
Avropa İnsan Hüquqları Məhkəməsi 2011-ci ildə Naxçıvan MTN-in istintaq təcrdxanasında dünyasını dəyişmiş Turac Zeynalovun atasının şikayəti üzrə kommunikasiyaya başlayıb.
Zeynalovun atası hesab edir ki, oğlu işgəncələrdən həlak olub. O, Avropa İnsan Hüquqları Konvensiyasının 2 və 3-cü maddələrində zəmanət verilmiş hüquqların (yaşamaq hüququ və işgəncələrin qadağan edilməsi) pozulduğunun etiraf edilməsini xahiş edir.
Vəkil Əsabəli Mustafayev Turan-a bildirib ki, AİHM Azərbaycan hökumətinə suallar göndərib, bu il oktyabrın 1-nə qədər onlar cavablandırılmalıdır.
31 yaşlı T.Zeynalov Naxçıvan aeroportunda sürücü işləyirdi. 24 avqust 2011-ci ildə o, İranın xeyrinə casusluqda şübhəli bilinərək həbs edilib. 4 gün sonra o, ölü vəziyyətdə valideynlərinə qaytarılıb.
Mərhumun bədənində zorakılıq və işgəncə izləri aşkar edilib. Naxçıvan MTN T.Zeynalovun dəri xərçəngindən öldüyünü iddia edib. -06D-
-
- Cəmiyyət
- 25 İyun 2014 17:11
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz