AXCP fəalı Tofiq Məmmədov həbs edilib
Bakı/27.02.18i/Turan: Xalq Cəbhəsi Partiyasının fəalı Tofiq Məmmədov inzibati qaydada 15 günlük həbs olunub. Bu qərarı Yasamal Rayon Məhkəməsi hələ fevralın 23-də qəbul edib. Bu barədə Turan-a partiyadan bildiriblər. Fəalın konkret olaraq nədə ittiham olunduğu məlum deyil.
Partiyada hesab edirlər ki, həbsin səbəbi Məmmədovun Kanal-13 İnternet televiziyasına müsahibəsində guya metro yaxınlığında limon satandan "narkotik sat, amma limon satma" deyərək rüşvət tələb edən polis əməkdaşlarından sitat gətirməsi olub.
Vəkil Əsabəli Mustafayev fevralın 27-də Məmmədovla görüşmək niyyətindədir. -06D-
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz