«Azadlıq» qəzeti Türkiyəni «gülənçi» adı ilə keçirilən həbslərə münasibət bildirməyə çağırır
“Türkiyə hökuməti vicdanlı, təmiz insanların “gülənçi” adıyla həbsə atılmasına etiraz bildirməlidir. Bu adamların həbsinə görə həm də Türkiyə məsuliyyət daşıyır. Çünki Türkiyə hökuməti Azərbaycan hökumətinin Gülən şəbəkəsiylə saxta mübarizəsini qəbul etmiş kimi görünür.
Türkiyə hökuməti də bilməlidir ki, Azərbaycan hakimiyyətinin məqsədi Gülənçilərlə mübarizə deyil. Hakimiyyət yeganə müstəqil mətbuatı sıradan çıxarmaq, real müxalifəti məhv etmək niyyətindədir”. Bu barədə “Azadlıq” qəzetinin Türkiyə hökumətinə çağırışında deyilir.
Qəzet bir daha Türkiyə hökumətinə səslənir ki, ortaya mövqe qoysun.
“Siz həbs olunan müxalifətçilərin Gülənçi olduğuna inanırsınız? Bu rüsvayçılığa haqq qazandırırsınız? “Azadlıq” ın maliyyə direktoruna qarşı “gülənçi” ittihamını qəbul edirsiniz? Əgər belədirsə, bunu açıq şəkildə etiraf edin. Və bir daha təkrar edirik ki, bu günə qədər “Azadlıq” qəzetinin Türkiyədə baş verənlərə münasibəti konkret olub və bunun sübuta ehtiyacı yoxdur. İndi növbə Türkiyə hökumətinindir, cavabınızı gözləyirik”, deyə sənəddə qeyd edilir.
Qəzet bildirir ki, bütün prinsipial dövrlərdə Türkiyənin yanında olub. Azərbaycan hökumətini Türkiyə ilə yaxşı münasibətlərə səsləyib.
“Bayraq krizi yaşananda da, Rusiya təyyarəsi vurulanda da, viza məsələsi gündəmə gələndə də Azərbaycan müxalifətinin və “Azadlıq” qəzetinin mövqeyi birmənalı olub. Türkiyə hökuməti bilmir ki, “Azadlıq” qəzeti uzun illərdir Gülən şəbəkəsinin Azərbaycandakı fəaliyyətindən yazır, hökumətin bu şəbəkəylə əlaqələrini gündəmə gətirir? Yeri gəlmişkən, bayraq krizi zamanı “Azadlıq” qəzetinin tutduğu mövqeyə görə Türkiyənin o zamankı səfiri redaksiyaya gələrək, qəzetin kollektivinə təşəkkürünü bildirib.
Türkiyədəki son çevriliş cəhdi zamanı da ilk reaksiyanı AXCP sədri Əli Kərimli verdi və çevriliş cəhdini birmənalı şəkildə pislədi. “Azadlıq” qəzeti isə bütün buraxılışlarında bu mövzunu diqqətdə saxladı və Azərbaycan hakimiyyətindən həqiqi Gülənçilərə qarşı mübarizə tələb etdi”, deyə qəzet bildirir.
Çağırışda qeyd edilir ki, bütün bunlardan sonra “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli, AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədli “gülənçi” adıyla həbs olunub, AXCP sədrinə qarşı rəsmi şəkildə qara kampaniya start götürüb. Bütün bu baş verənlər Türkiyə ilə bağlıdır və Türkiyə hökuməti, səfirlik bu rüsvayçılığa susmamalıdır. Fakitiki olaraq, Azərbaycan hökuməti çevriliş cəhdini pisləyənləri, Türkiyəyə hər zaman dəstək verənləri şərləməklə məşğuldur”, deyə sənəddə bildirilir. -03D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz