«Azadlıq» qəzeti yenidən bağlanmaq təhlükəsilə üzləşib
“Azadlıq” qəzetinin redaksiyası yenidən “Azərbaycan” nəşriyyatından xəbərdarlıq məktubu alıb. Məktubda bildirilir ki, əgər iyunun 27-dək borc ödənilməsə qəzetin nəşri dayandırılacaq. Bu barədə “Azadlıq” qəzetinin məlumatında deyilir.
İyunun 1-nə olan məlumata görə, redaksiyanın 18726 manat borcu, o cümlədən qəzetin çapına görə 17662 manat, kommunal xərclərə görə 1064 manat borcu toplanıb.
Qeyd edək ki, artıq bir neçə ildir ki, “Azadlıq” qəzeti “Qasid” dövlət mətbuat yayımı firmasından 70 min manatdan çox borcunu ala bilmədiyinə görə çətin maliyyə durumuna düşüb.
Redaksiya əmindir ki, hakimiyyət qəzeti iqtisadi baxımdan sıxışdırmaq üçün bunu qəsdən edir.—06D--
-
- İqtisadiyyat
- 14 İyun 2016 13:31
-
- İqtisadiyyat
- 14 İyun 2016 14:15
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz