Bir ayda 1600 nəfər işə götürülüb
2016-cı il mayın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 501,6 min nəfər olub. Bir ayda işləyənlərin sayı 1600 nəfər artıb. Artım əsasən özəl bölmənin hesabına baş verib. Məlumatı Turan-a Dövlət Statistika Komitəsi verib.
May ayının əvvəlinə iqtisadiyyatın dövlət sektorunda 891 min nəfər , qeyri-dövlət sektorunda 610,6 min nəfər çalışıb. Ay ərzində dövlət müəssisə və təşkilatlarında 400 nəfər, özəl müəssisələrdə isə 1200 nəfər işə götürülüb.
Artıma baxmayaraq, muzdla işləyənlərin sayı ikinci devalvasiya öncəsi göstəricidən hələ ki geri qalır. Ötən ilin noyabr ayında muzdla işləyənlərin sayı 1 milyon 504,7 min nəfər idi. Ötən noyabrdan bu ilin mayınadək dövlət sektorunda işləyənlərin sayı 13,1 min nəfər artıb, özəl sektorda isə 16,2 min nəfər azalıb. Yəni, əvvəl özəl bölmədə işləyənlər işdən azad olunandan sonra dövlət bölməsində işlə düzəliblər. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz