�Azadlıq� qəzetinin maliyyə direktorunun işi məhkəməyə göndərilib

Bakı/10.05.17/Turan: “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin işi üzrə istintaq yekunlaşdırılıb  və Səbayel  Rayon Məhkəməsinə göndərilib.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, o, əsasən CM-in 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 283.1-ci  (KİV-dən istifadə etməklə  milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunur.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə CM-in 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. Aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

AXCP F. Əmirlinin həbsini siyasi sifariş sayır. F. Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb. -05B--02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti