Azərbaycanda 861 dini qurum qeydiyyatdan keçib
Bakı/29.10.18/Turan: "Azərbaycanda 31-i qeyri-islam təmayüllü olmaqla 861 dini qurum qeydiyyatdan keçib. Respublikada 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib.
Komitə sdəri oktyabrın 29-da Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitə sədri Azərbaycanda mütəmadi olaraq dini ibadətgahların inşa və bərpa edildiyini, müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımları ayrılmasından danışıb.
Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard-ın Azərbaycanda dini mühitdən razılıq etdiyi bildirilir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsinin aparıldığı qeyd edilir.-05D-
-
- Söz istəyirəm
- 29 Oktyabr 2018 17:53
-
- Siyasət
- 29 Oktyabr 2018 18:13
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz