Azərbaycanın şimalında çoxsaylı meşə yanğınları
Bakı/31.07.18/Turan: Havaların isti keçməsi Azərbaycanın şimal rayonlarında meşə yanğınlarının yenidən başlamasına səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Quba rayonunun Qasımqışlaq və Çayqışlaq kəndləri (Bakıdan 168 kilometr şimal) yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş vermiş yanğınlar söndürülüb.
Hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi (Bakıdan 120 kilometr şimal) yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, mülki müdafiə qoşunlarının şəxsi heyəti və aviasiya dəstəsinin 2 helikopteri hadisə rayonuna cəlb olunub. Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür.
Qeyd edək ki, iyulun 28-də alov Quba rayonunun İsnov və Qonaqkənd, həmçinin Siyəzən rayonunun Arzikuş və Köhnə Quşçu kəndlərində (Bakıdan 100 kilometr şimal) meşələrin yaxınlığındakı boş əraziləri əhatə edib.
Bundan əlavə, iyulun 27-də Ağsu rayonunun Qırlar kəndi (Bakıdan 153 kilometr qərb) yaxınlığında meşə zonalarında və Hirkan Milli Parkında (Bakıdan 272 kilometr cənub) yanğın baş verib.-16d-
Cəmiyyət
-
Yaşıllar Partiyasından Avropa Parlamentinin üzvü Lena Şilling hər altıncı aylıq maaşını, yəni ümumilikdə 10,000 avronu, yaşıl təşəbbüsləri və aktivistləri dəstəkləmək üçün ianə etməyi planlaşdırdığını elan edib. Təxminən 3,000 avro hazırkı hakim partiyanın üzvləri tərəfindən dəstəklənən Yaşıl Vətəndaşlar Təşəbbüsü Assosiasiyasına gedəcək, qalan 7,000 avro isə hər altı aydan bir aktivistlərin dəstəklənməsi üçün istifadə olunacaq, Lena Şillingin mətbuat katibi bazar ertəsi Austria Presse-Agentur (APA)-ya bildirib.
-
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə oktyabrın 8-də Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti bildirib.
-
Çərşənbə günü paytaxtda hava dəyişkən olacaq, gecə və səhər bəzi yerlərdə yağış yağa bilər. Şimal-qərb küləyi əsəcək.
-
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin oktyabrın 2-3-də Bakıda səfərdə olarkən müzakirə edilən məsələlərlə bağlı açıqlama Azərbaycanda hələ də müzakirə edilməkdədir.
Rəy yaz