Офис ОАО
Hökumət ildə bir neçə dəfə azərbaycanlıların evlərində su təchizatının yaxşılaşdığını bəyan edir. Kəndlərdə içməli su və kanalizasiya sistemi var, halbuki, əvvəllər orada mərkəzləşdirilmiş su kəməri olmayıb. İyulda "Azərsu" ASC bildirib ki, Bakıətrafı qəsəbələrin bəzisinin kanalizasiya və su təchizatı sistemlərinin yenidən qurulması üçün 3,5 milyon manat yönəldiləcək. "Azərsu" podratçılarla ümumi dəyəri 3 milyon 503,817 manat məbləğində 6 müqavilə bağlayıb. İşlər Mərdəkan, Buzovna, Bilgəh, Şüvəlan, Zabrat qəsəbələrində həyata keçiriləcək, "Azərsu"-dan bildiriblər.
Amma ASC-nin hesabatlarında bu işlərin hansı vəsait hesabına aparıldığı barədə ətraflı məlumat yoxdur. Üstəlik, "Azərsu" daim zərərlə işləyir və müntəzəm dövlət büdcəsindən subsidiya alır. Beləliklə, bu il Ağdaşın su kəməri və kanalizasiya sistemi üçün ASC-yə 22 milyon manat həcmində büdcə vəsaiti ayrılıb. Martda Tovuzda işlər üçün 14 mln., apreldə Şirvandakı işlər üçün 2,8 mln. alıblar. Bu ilin fevralında ASC su sayğaclarının alınması üçün 15 mln. manat alıb.
Dövlət tərəfindən belə miqyaslı subsidiya almasına baxmayaraq, "Azərsu" ASC-nin əməkdaşları əhalidən pul qopartmaqla məşğuldir. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov 2018-ci il iyulun 24-də Facebook-da oxuculara Mərdəkan qəsəbəsində bu dövlət qulluqçularının qəribə tələbləri haqda bildirib.
"Bu gün şəhər su kəmərinə qoşulmaq üçün "Azərsu"da 1200 manat istədilər. Bizim küçədə hamı qoşulub. Qonşunun birindən 2000, o birindən 350 manat alıblar. Bundan belə nəticəyə gəlmək olar ki, mən gözlərinə o qədər "sanballı" görünməmişəm. Mərdəkanda su işinə baxanları aldatmaq olmur ..necə görünürsən, o qədər də istəyirlər. İnciyərək getdim, heç rəisin otagına da girmədim. İndi də düşünürəm, nəyə görə inciyim ki? Məni belə ucuz dəyərləndirdiklərinə görə, yoxsa su xəttinə qoşulmaq üçün çox pul istədiklərinə görə?
Şağanda yaşayan Emin Mahmudov da "Azərsu" nümayəndələrinin hərəkətlərindən şoka düşüb: "Üç il öncə ilk dəfə bizdən 3000 manat istədilər, vermədim. Yarım il- bir il yarımdan sonra yenidən gəldilər, yenə imtina etdim, sonra pulsuz qoşdular, həyətdə sayğac quraşdırdığına görə ustaya 20 manat verdim. Onlar özləri hamını su xəttinə qoşmağa borcludur, sadəcə, səbr edin".
Anar Allahverdiyev, Bilgəh: "Üçüncü ildir ki, "Azərsu"nun qaynar xəttinə telefon edirəm, belə ki, ümumiyyətlə, su yoxdur, ancaq sayğac var və xəttə qoşulub. "Avtomoyka"ların ətrafında tam çalışırlar, qonşular fantastik qiymətə şəxsi su xətti çəkdirirlər. Bir dəfə mənim iradıma cavab olaraq hansısa kurator zəng edərək bildirdi ki, suyun "Cumeyra Bitç" otelinə (Bilgəh) verilməsi üçün onlara göstəriş verilib".
T.Zülfüqarovun dostları su və kanalizasiya haqqında şəxsi xatirələrini bölüşməkdə olsun, keçmiş nazir də yenə "Azərsu" şöbəsinə getməkdə. O, Xəzər rayonu idarəsinin rəhbərləri ilə danışıb. Söhbətdə günahkar işçilər də iştirak ediblər. "Onlar vəziyyəti onunla izah etdilər ki, guya mənim evimin yerini yalnış anlayıblar və söhbət başqa küçədən gedir. Həmin küçədə sakinlər birgə pul toplamaq yolu ilə su xəttini çəkdiriblər. Bizim küçəyə, eləcə də "Azərsu"nun Xəzər və Abşeronun digər rayonlarında həyata keçirdiyi layihələrə gəlincə, ölkə rəhbərliyinin qərarına əsasən qoşulma pulsuzdur. Ona görə də Mübariz müəllim məndən bu vəziyyəti FB-də vurğulamağı xahiş etdi.
Odur ki, hörmətli dostlar və qonşular, hamınızı bu təşəbbüsə qoşulmağa dəvət edirəm", - keçmiş nazir müraciət edib.
İyulun 27-də saat 12:30-da Turan İA Xəzər rayonu, eyni zamanda ölkənin digər rayonlarında tragikomik vəziyyətə açıqlama gətirilməsi xahişilə "Azərsu" ASC-nin mətbuat xidmətinə müraciət edib.
Soruşmaq istəyirdik ki, korrupsiya ilə mübarizə aparan hansı qanunun əsasında 1200 manat pulsuz qoşulmaya çevrilir. Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı rəhbər ilə danışıb redaksiyaya məlumat verəcəyini bildirdi. Lakin üç saat sonra, vəd barədə bizim xatırlatmadan sonra da "Azərsu"dan gözlənilən zəng daxil olmadı.
Rəy yaz