Prezident İlham Əliyev Rusiyaya rəsmi səfərə gedəcək
Moskva/27.07.18/Turan: Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiyaya rəsmi səfər edəcək, RF İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti bildirib.
Bundan öncə Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının sədri, RF iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.
Danışıqlar zamanı Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 1-də Moskvaya səfəri ilə əlaqədar tədbirlər müzakirə olunub. Əsasən tərəflər səfər zamanı imzalanması planlaşdırılan sənədlər paketini müzakirə ediblər.
Həmçinin görüş iştirakçıları sentyabrda Gəncədə keçiriləcək 9-cu Rusiya-Azərbaycan regionlararası forumu ilə bağlı məsələləri müzakirə ediblər. Hazırda tədbirin proqramı hazırlanır və onun keçirilmə vaxtı müəyyən edilir.02D-
Siyasət
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
Rəy yaz