ABŞ İrana zərbələrin hazırlandığını inkar edib
Vaşinqton/27.07.18/Turan: Ağ Evin nümayəndəsi Xoqan Qidli İrana zərbələrin hazırlanması barədə məlumatları təsdiqləməyib. Belə ki, bu barədə məlumatı Avstraliyanın ABC teleradioşirkəti dərc edib. "Mən bu məlumatı təsdiqləyə bilmərəm, xahiş edirəm ki, bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət edəsiniz",- X.Gidli deyib.
O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp İranla bağlı mövqeyini açıq bildirib.
"Biz tərəfdaşlarla və müttəfiqlərlə birlikdə işləyərək İranı öz davranışını dəyişməyə və regiondakı hərəkətlərinə son verməyə məcbur etməyə çalışırıq",- o vurğulayıb.
Öz növbəsində Avstraliyanın baş naziri Malkolm Ternbull guya planlaşdırıldığı kimi avqustda İranın nüvə obyektlərinə zərbələrin hazırlanması barədə informasiyanı uydurma adlandırıb. -02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz