Vətəndaş Platforması Nikol Paşinyanın xanımının təşəbbüsünü dəstəkləyib
Bakı/27.07.18/Turan: Ermənistan- Azərbaycan Vətəndaş Sülh Platforması "Qadınlar Sülh Naminə" kampaniyasının başlanması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın təşəbbüsü ilə bağlı bəyanatla çıxış edib.
A. Akopyan Moskva səfəri zamanı "Qadınlar Sülh Naminə" kampaniyası təşəbbüsünü irəli sürdüyünü bəyan edib.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ictimai dəstəyini təşkil edən və iki xalq arasında davamlı sülühn və barışın yaradılması məqsədi olan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin sülh yolu ilə həlli və davamlı sülhün qruluması prosesində qadın rolunu yüksək qiymətləndirir və təhlükəsizliyin, bərpa və barışığını təmini hesab edir və silahlı münaqişələrin həlli, qarşısının alınması, nizamlanması və münaqişədən sonrakı sülh quruculuğunun bütün proseslərində qadınların fəal iştirakını təmin etməyə çağırır", - Vətəndaş Platformasının bəyanatında deyilir.
"Hər hansı sülhməramlı təşəbbüs - döyüşlərin dayandırılması, həyatın xilası, ərazi bütövlüyünün təmini, qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərə qaytarılması, onların təhlükəsizliyini və normal yaşayış şəraitinin təmin edilməsi - ali humanitar məqsədlərə dəstək olur. Biz sabit və ədalətli sülhün bərqərar olmasını Cənubi Qafqaz regionunun stabilliyinin aksioması kimi qəbul edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyirik",- bəyanatda deyilir.
"Biz, xanım Anna Akopyanın uzun müddət davam edən münaqişə nəticəsində xalqlarımızın qarşılaşdığı təhlükə ilə əlaqədar hiss etdiyi ağrıları və göstərdiyi qayğılarını bölüşürük və xalqlarımız arasında sülh və xoş qonşuluğun bərpası üçün birgə səy göstərməyə çağırırıq", - sənəddə vurğulanır.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması 2017-ci ilin oktyabrında Tbilisidə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti fəallarının görüşündə təsis edilib. Məqsəd iki xalq arasında barışa yardım etməkdir.-06D--
Cəmiyyət
-
Beynəlxalq İnsan Hüquqları Günündə tanınmış Azərbaycanlı aktivistlər Novella Cəfəroğlu, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Hilal Məmmədov və "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev ölkədəki insan hüquqlarının pisləşən vəziyyətini müzakirə etmək üçün bir araya gəldilər. Görüş Meydan TV ilə əlaqəli jurnalistlərə və vətəndaş cəmiyyəti aktivistlərinə qarşı yönəlmiş narahatedici yeni həbslər dalğasına həsr olunmuşdu və iştirakçılar bunu Azərbaycanda azadlıqların və ifadə hüququnun əhəmiyyətli şəkildə azalması kimi qiymətləndirdilər.
-
Dekabrın 11-də Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Lider mobil operatordan “Kinon” ilə dünyaca məşhur onlayn kinoteatrlar bir arada “Kinon" tətbiqinin imkanlarını genişləndirən Azercell dekabr ayının 10-dan etibarən xidmətə Wink, Viju və Premier onlayn kinoteatrlarını əlavə edir. Beləliklə artıq “Kinon” eyni anda müxtəlif cihazlarda 240-dan çox yerli və xarici kanalı onlayn izləmək imkanı ilə yanaşı, “Amediateka”, "Premier", "Viju" və "Wink" kimi dünyaca məşhur onlayn kinoteatrları bir platformada birləşdirir.
-
Ötən həftə ərzində hüquq müdafiəçisi Rüfət Səfərov, MeydanTV internet televiziyası ilə əməkdaşlıq edən altı jurnalist və onların bəzi yaxınları həbs olundular. Üstəlik, siyasi şərhçi Azər Qasımlı da saxlandı. O, hədə-qorxu ilə tələb etmədə, qalanları isə qaçaqmalçılıqda şübhəli sayılır.
Azərbaycanda İnsan Haqlarının gününə baxış – Səməd Rəhimli ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Böyük Şərq,
- 21:45
- 237
-
- Cəmiyyət,
- 15:54
- 320
Rəy yaz