Jurnalistə xəbərdarlıq edilib
Bakı/28.07.18/Turan: İyulun 27-də "Kanal-13" internet televiyzasının əməkdaşı İsmayıl İslamogluna sosial şəbəkələrdəki statusu ilə bağlı xəbərdarlıq edilib.
İslamoğlunun yaxınları Turan bildirib ki, jurnalist bu gün saat 17 radələrində iki mülki geyimli şəxs təərfindən evindən aparılıb.
"İslamoğlu Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. O 3 saatadək saxlanıldıqdan sonra "Jara" musiqi festifalı ilə bağlı sosial şəbəkələrdə yazdığı tənqidi statusu ilə bağlı xəbərdartlıq edildikdən sonra azad buraxılıb", jurnalistin yaxınları bildirib.
Rəsmi qurumlar jurnalsitə xəbərdarlıq edilməsi ilə bağlı hələ məlumat yaymayıb.-0-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz