
İlkin Süleymanov
Azyaşlı qızı öldürməkdə ittiham olunan İlkin Süleymanov 18 il həbsə məhkum edilib
Bakı/05.06.23/Turan: İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunda azyaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Hökmə görə Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İlkin Süleymanovun vəkili Əlibala Rzayev bildirib ki, hökmdən apellyasiya şikaəyti veriləcək.
"Bu hökm artıq hüququn qətli deməkdir. İki ildən artıq məhkəmə araşdırması gedib. Ortada bir dənə belə sübut yoxdur. Hətta bu cinayətin kimlər tərəfindən törədilməsi barədə də müəyyən məlumatlar var. Güman edirdim ki, bu qədər də hüquqsuzluq, ədalətsizlik olmaz. Ümid edirdim ki, bu sonsuz məhkəmə nəhayətdə bir ədalətli qərar verər. Çox təəssülfər olsun ki, yanıldıq. Amma müdafiə tərəfi ədalət bərpa olunanadək işini davam etdirəcək", deyə o qeyd edib.
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, "məhkəmə heç bir sübuta dayanmayan ittiham aktını ittiham hökmünə köçürüb".
Qeyd edək ki, prokuror Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İlkin Süleymanov ittihamı qəbul etmir və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə heyətindən xahiş edib.
Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı qız 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Məhkəmə prosesini monitorinq edən hüquq mqdafiəçiləri İlkin Süleymanova qarşı irəli sürülən itihamın məhkəmə istintaqı zamanı sübut edilmədiyi fikrindədir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hökmlə bağlı münasibət öyrənmək mümküm olmayıb. Bununla yanaşı, məhkəmələr, bir qayda olaraq, hökmlərə şərh vermir və məhkəmə hökmündən narazı tərəfin yuxarı məhkəmə instansiyasına şikayət etmək hüququnun olduğunu bildirir. 03
Cəmiyyət
-
Dekabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağıntı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntı intensiv olacaq və səhərə yaxın tədricən kəsiləcək. Gündüz əsasən yağıntı olmayacaq. Mülayim cənub-şərq küləyi axşam güclənən şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə müsbət 5+10, gündüz müsbət 11 +14 dərəcə olacaq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.
-
Dekabrın 9-da Azərbaycan Nazirlər Kabineti Novruz, Ramazan və Qurban bayramları münasibətilə istirahət günlərinin müəyyən edilməsi haqqında qərar qəbul edib.
-
Azərbaycan Nazirlər Kabineti 2024-cü il 4 və 5 yanvar iş günlərilə müvafiq olaraq 2023-cü il 30 dekabr və 2024-cü il 7 yanvar istirahət günlərinin yerlərinin dəyişdirilməsini qərara alıb. Beləliklə, dekabrın 31-dən yanvarın 6-dək qeyri-iş günü olacaq.
-
“Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var”. Bunu dekabrın 6-da Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda forumda bildirib. O, vurğulayıb ki, “istərdik ki, iki ölkə arasında ümumiyyətlə müharibə olmasın, bununla bağlı qarantiya olsun”.
Rəy yaz