Açiq mənbələrdən foto.
Bakı və Varşava arasında birbaşa hava əlaqəsi açılır
Bakı/26.05.22/Turan: Azərbaycanla Polşa arasında birbaşa hava əlaqəsi açılır. Uçuşlar Polşanın LOT aviaşirkəti tərəfindən yerinə yetiriləcək.
Mayın 28-də aviadaşıyıcı Varşavadan Bakıya ilk səfərini yerinə yetirəcək. Uçuş həftədə 4 dəfə olacaq. Bu barədə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cahangir Əsgərovla LOT aviaşirkəti İdarə Heyətinin sədri Rafal Milçarskinin görüşü ilə bağlı bu qurumun mətbuat xidmətinin məlumatında deyilir.
Görüş zamanı Əsgərov xatırladıb ki, ölkənin bütün yeddi beynəlxalq hava limanında beşinci və yeddinci dərəcəli “hava azadlığı” rejimi tətbiq olunur. Bu dərəcələr xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətlərilə bərabər hüquqlar təqdim edir və Azərbaycanın hava limanları vasitəsilə tranzit reyslər yerinə yetirmək imkanı verir.
Rafal Milçarski Azərbaycan və Polşa arasında reyslərin yerinə yetirilməsinə böyük marağın olduğunu qeyd edib. Onun sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi hər iki ölkənin qarşılıqlı faydalı maraqlarının inkişafına təkan verəcək.—06В—
-
- Cəmiyyət
- 26 May 2022 17:01
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz