Bayramlı: müxalifətçilərin kütləvi şəkildə işdən çıxarılması haqqında məlumatlar təxribatdır
Bakı/26.04.17/Turan: Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 8 aprel mitinqində iştiraka görə 48 nəfərin işdən çıxarılması haqqında məlumatların doğruluğuna şübhə etdiyini bildirib.
Musavat.com saytının bu məlumatını Turan-a şərh edən Bayramlı deyib ki, fəallara təzyiqlər var, amma işdən azad edilmə yoxdur.
“Yalnız AXCP Şəki təşkilatından Əli Abdullayev işdən azd edilib ki, o da bu barədə öz “facebook” səhifəsində açıqlama yayıb. Bu fakt istisna olmaqla, qalan heç kəs işindən azad olunmayıb”, deyə Bayramlı bildirib.
Onun sözlərinə görə, AXCP Neftçala rayon təşkilatının sədri Əflatun Əhmədliyə də təzyiqlər olur.
Aprelin 25-də onu rayonun hüquq-mühafizə orqanlarına dəvət ediblər və Prezident Admisnitrasiyası adından partiyadan çıxmasını istəyiblər. Ə.Əhmədli isə partiyadan çıxmaqdansa işini itirməyini daha üstün tutacağını söyləyib.
Bayramlı hesab edir ki, kütləvi işdən çıxarılmalar haqqında məlumatlar xüsusi olaraq insanları qorxutmaq, kütləvi aksiyalarda iştirakdan çəkindirmək məqsədilə yayılır. -06D-
-
- İqtisadiyyat
- 26 Aprel 2017 12:22
-
- Maliyyə
- 26 Aprel 2017 12:54
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz