Bazar günü havanın yağışlı olacağı gözlənilir
Bazar günü havanın yağışlı olacağı gözlənilir
Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında hava tutqun olacaq. Bəzi yerlərdə qısamüddətli yağış gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntı leysan xarakterli olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 6+8, gündüz müsbət 8+11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
Azərbaycanın rayonlarında əsasən yağıntı olmayacaq, lakin bəzi şərq regionlarında gündüz yağış yağacaq. Bəzi yerlərdə duman olacaq. Bəzi şərq bölgələrində şərq küləyi güclənəcək.
Havanın temperaturu gecə müsbət 1+6, gündüz müsbət 8+13, dağlarda gecə mənfi 6-11, gündüz mənfi 3 dərəcədən müsbət 2 dərəcəyədək olacaq.
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz