Berlində Azərbaycanlı siyasi məhbusları müdafiə aksiyası

Bakı/10.09.17/Turan: Bir qrup Azərbaycanlı siyasi mühacir çərşənbə günü Berlində Azərbaycan səfirliyi qarşısında “Qul bayramınız mübarək!” şüarı və bütün siyasi məhbusları azad etmək tələbi ilə etiraz aksiyası keçirib.

Aksiya fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun həbsinin ildönümünə həsr olunub. Düz bir il əvvəl onlar Bakıda Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” və “Rədd olsun sistem!” siyasi şüarları yazdıqdan sonra saxlanılıblar.

Aksiya hər il mayın 10-da Heydər Əliyevin ad günündə hakimiyyətin keçirdiyi gül bayramına həsr olunub. Bu bahalı və mənasız bayram hər dəfə 50-60 mln. dollar büdcə vəsaitinin düşüncəsizcə israf edilməsinə qəzəblənən ölkə əhalisini həddindən artıq qıcıqlandırırdı.

Amma Qiyası və Bayramı narkotik ticarətində ittiham ediblər və hər birini 10 il müddətinə azadlıqdan məhrum ediblər.

Berlində aksiya iştirakçıları həmçinin aprelin 28-də Bakıda istintaq təcridxanasında vəfat etmiş bloger Mehman Qələndərovun qatillərinin cəzalandırılmasını tələb ediblər.

O da H.Əliyevin abidəsi qarşısında Məmmədov və İbrahimovla həmrəylik aksiyasından dərhal sonra narkotik maddələrin dövriyyəsi ittihamı ilə həbs olunub.

Berlində piket iştirakçıları ReAl hərəkatının lideri İlqar Məmmədovun portretlərini də qaldıraraq, Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırıb.

Eyni zamanda, aksiya iştirakçıları Azərbaycan SQ-nin hərbiçilərindən ibarət böyük bir qrupun Ermənistan kəşfiyyatına işləməsinə görə ittiham etdikləri SQ baş qərargah rəisi Nəcməddin Sadıqovun istefası tələbini səsləndiriblər. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti