Açiq mənbələrdən foto.
Bəxtiyar Hacıyevin oğurlandığı yerdə müşahidə kamerasını kim "dondurub"?
Bakı/28.04.22/Turan: Fəal Bəxtiyar Hacıyevin oğurlandığı yerdə “Təhlükəsiz şəhər” sisteminin fırlanan videokamerasının hadisənin baş verdiyi gün (21 aprel) hərəkətsiz olduğu məlum olub və bu səbəbdən onu aparan maşının nömrəsini qeyd etməyib. Bu barədə Hacıyevə dünən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bildirilib.
Hadisədən 6 gün sonra Hacıyev “Təhlükəsiz şəhər” sistemindəki qeydlərə baxmaq üçün idarəyə dəvət edilib.
“Baxış zamanı məlum oldu ki, iki statik kameradan əlavə, altdakı fırlanan kamera məhz hadisə günü, ümumiyyətlə, fırlanmayıb”, - Hacıyev Facebook səhifəsində yazıb.
“Sual yaranır ki, əgər mənimlə baş verənlərdə hüquq-mühafizə orqanlarının əli yoxdursa, Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" sisteminə kim müdaxilə edə bilərdi?”, - Hacıyev qeyd edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Yada salaq ki, müxalifətçi siyasətçi Tofiq Yaqublu hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra döyüldüyü gün məlum olub ki, polis bölməsindəki kameralarda “heç bir qeyd saxlanmayıb”. Belə olan halda əgər onlar işləmirsə, dövlət müşahidə kameralarının quraşdırılmasına niyə vəsait xərcləyir?
* Bəxtiyar Hacıyev bildirib ki, aprelin 21-də axşam dörd maskalı adam onu oğurlayıb. Fəalın sözlərinə görə, onu şəhər kənarına aparıblar, alçaldıcı rəftar ediblər, Daxili İşlər Nazirliyinin rəhbəri və hökumətyönlü fəal Fuad Muradovun haqqında tənqidi yazıların çıxarılmasını tələb ediblər.
Yalnız 4 gündən sonra Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Bəxtiyar Haciyevanın müraciətilə əlaqədar Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işinə başlayıblar.- 06B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz