Binəqədi rayon hakimiyyəti mülkiyyətçinin hüquqlarını pozur

Paytaxtın Binəqədi rayon icra hakimiyyəti mülkiyyətçi Rauf Axundovun hüquqlarını kobud şəkildə pozub.

    Azərbaycan Dövlət Neft Akademiyasının baş elmi işçisi, dosent Axundov 8-ci mikrorayonda 20 saylı evin həyətində 21,8 kv m sahəsi olan avtomobil qarajı tikib və buna dair Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş sənədi var.
 
    Lakin rayonun icra hakimiyyəti işçiləri ay yarım əvvəl ondan “dövlət ehtiyacı üçün” sökülməli olan qarajdan könüllü olaraq imtina etməyi tələb ediblər. 
 
    Axundov İH başçısının birinci müavini Qəzənfər Novruzovun qəbulunda olub və o, ona düşən təzminatın hesablanması üçün qiymətləndirmə komissiyası göndərməyi vəd edib. Lakin martın 9-da komissiya əvəzinə fəhlələr gəlib və qonşu qarajı söküblər, bu zaman Axundovun qarajına güclü ziyan vurulub.
 
    Hakimiyyətin əməlləri qanunsuzdur, çünki torpağın dövlət ehtiyacı üçün verilməsi haqqında qərar rəsmi olaraq tərtib edilməlidir. Bundan başqa, əmlakın özgəninkiləşdirilməsi haqqında qərarlar Nazirlər Kabineti səviyyəsində qəbul edilməlidir. Bu sənədlər olmadan kompensasiya ödənilməsi məsələsini həll etmək mümkün deyil.
 
    Rauf Axundov ədalətli həllə ümid edir, əks halda məhkəmə instansiyalarına və ölkə rəhbərliyinə, zərurət olarsa həm də beynəlxalq instansiyalara müraciət etmək niyyətindədir. -17D- 
 

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti