- İqtisadiyyat
- 11 Mart 2013, 16:34
- 199
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə yeni baş direktor təyin edilib
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov nazirliyin yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə yeni baş direktorun təyin edilməsi barədə əmr verib.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev agentliyin yeni baş direktoru Abbas Allahverdiyevi kollektivə təqdim edib. A.Allahverdiyev 1956-cı ildə anadan olub, bir neçə dövlət vəzifəsində çalışıb.
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi 2004-cü ildə yaradılıb. Qurum kənd təsərrüfatı üzrə beynəlxalq kredit layihələrini koordinasiya edir, həmçinin müvəkkil bankların vasitəsilə güzəştli faizlər üzrə kənd təsərrüfatı kreditləri verir. Agentlik 2007-ci ildən kreditlər verməyə başlayıb. Həmin vaxtdan dövlət büdcəsindən agentliyə 48 mln. manat ayrılıb. Ödənilmiş kreditləri nəzərə almaqla, təsərrüfatlara 67 mln. manat həcmində kredit verilib.--08B—
-
- Cəmiyyət
- 11 Mart 2013 16:30
-
- İqtisadiyyat
- 11 Mart 2013 17:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz