Bir qrup AXH fəalı saxlanılıb
Bakı/15.07.19/Turan: Polis Azərbaycan Xalq Hərəkatının (AXH) iclasının keçirilməsinə imkan verməyib.
AXH İdarə Heyətinin üzvü Ağasif Şakiroğlu Turan-a bildirib ki, iyulun 15-də 30 nəfər polis əməkdaşı təşkilatın Bakının Yasamal rayonundakı ofisinə gələrək oranı boşaltmağı tələb ediblər.
10 nəfər AXH üzvü naməlum istiqamətə aparılıb.
Yasamal Rayon Polis İdarәsindәn Turana bildiriblәr ki, məsələ ilə bağlı heç bir mәlumata malik deyillәr.
*Azәrbaycan Xalq Hәrәkatı 2019-cu il yanvarın 26-da keçmiş DİN rəhbəri İsgəndər Həmidovun təşəbbüsü ilə tәsis edilib. Quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lider İqbal Ağazadə), Demokrat Partiyası (lider Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lider Əli Əliyev), Ağ Partiya (lider Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lider Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir. 21B06-
-
- Cəmiyyət
- 15 İyul 2019 13:55
-
- İqtisadiyyat
- 15 İyul 2019 14:07
Cəmiyyət
-
Yanvarın 7-də Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Aparatı, Gəncə bölməsinin Aparatı və Heydər Əliyev Mərkəzi də daxil olmaqla, təxminən 20 qurumda rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 15% artırılacaq.
-
Bakının Nəsimi rayonundakı populyar "Şuşa" restoranının sökülməsinə başlanılıb. Restoran Şəhriyar adına parkın (keçmiş Dzerjinski parkı) ərazisində tikilmişdi. Rəhbərlik söküntünün səbəbini açıqlamır. Ancaq yaxınlıqda daim genişlənən ADA Universiteti yerləşir.
-
Bakının Nəsimi rayonundakı populyar "Şuşa" restoranının sökülməsinə başlanılıb. Restoran Şəhriyar adına parkın (keçmiş Dzerjinski parkı) ərazisində tikilmişdi. Rəhbərlik söküntünün səbəbini açıqlamır. Ancaq yaxınlıqda daim genişlənən ADA Universiteti yerləşir.
-
Azərbaycan 9 yanvarda əsasən quraq hava şəraiti ilə qarşılaşacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Rəy yaz