Bloger Lapşinin işi üzrə ibtidai istintaq başa çatıb
Bakı/26.05.17/Turan: Bu gün bloger Lapşinin vəkilinə bildirilib ki, onun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə Turan-a vəkil Eduard Çernin bildirib.
Onun sözlərinə görə, gələn həftə müdafiə tərəfi iş materialları ilə tanış olmağa başlayacaq.
Vəkil ehtimal edir ki, məhkəmə prosesi iyunun sonlarında başlaya bilər.
Lapşinin vəziyyətinə gəlincə, o, taxikardiyadan şikayət edir. Hələ də tibb məntəqəsindədir, ancaq hazırda bir az yaxşıdır, vəkil bildirib.
Rusiya, Ukrayna və İsrail vətəndaşı olan Aleksandr Lapşin Azərbaycanın işğal edilmiş ərazilərini qanunsuz keçdiyinə və ölkənin ərazi bütövlüyünə qarşı çağırışlara görə cinayət məsuliyyətinə cəlb edilib.
2016-cı ilin sonunda Belarusda saxlanılıb. 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib. Onu bir neçə il həbs cəzası gözləyir. -06B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz