Bloger-siyasi mühacir təhdidlərə məruz qaldığını bildirib
Bakı/28.08.19/Turan: Avropada yaşayan və bloger kimi fəaliyyət göstərən Cavanşir Həsənli naməlum şəxslər tərəfindən axtarılır. Bu barədə avqustun 28-də Turan-a məlumat verən Həsənli qeyd edib ki, naməlum şəxslər Almaniyada yaşayan azərbaycanlılara onun şəkillərini paylayırlar və yerini, kimliyini müəyyənləşdirməyə çalışırlar. "Hamıdan məni tanıyıb-tanımadığını, yerimi soruşurlar", - deyə o, bildirib.
O hesab edir ki, bu, onun böyük vəsaitin ölkədən çıxarılması haqqında son araşdırmaları ilə bağlıdır. "Məsələn, Eldar Həsənova bağlı Raks şirkətindən, bu günlərdə Almaniyada 554 mənzil satmış işadamı Nasir Mustafazadədın yazmışdım", deyə Həsənli qeyd edib.
O, keçən il də hədə-qorxu ilə mesajlaları aldığını vurğuladı və bununla bağlı polisə müraciət etdiyini qeyd edib.
"Polisə müraciət etsəm də, çox da əhəmiyyət vermədim. Lakin indi məsələ ciddidir və mən polisə müraciət etməyimlə yanaşı təhlükəsizliyimə görə Avropanı tərk etmək məcburiyyətindəyəm", deyə Həsənli qeyd edib.
Eyni zamanda o, hüquq müdafiəçilərindən məsələni diqqətdə saxlamağı xahiş edib. -21C06-
-
- Cəmiyyət
- 28 Avqust 2019 16:19
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz