Cəbhə xəttindəki şəbəkəmizdə təkmilləşdirmə işləri davam edir
Azercell Telekom MMC cəbhə xəttinə yaxın ərazilərdə yaşayan abunəçilərini kəsintisiz və keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə bu günlərdə həmin ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparır. Cəbhə xəttinə ən yaxın olan 70 stansiyanın hamısında 3G quraşdırılıb və bununla cəbhə bölgəsində Azercell-in 3G şəbəkəsinin əhatə dairəsi 30%-a qədər genişləndirilib.
Tərtər, Ağdərə, Ağdam, Füzuli, Naftalan, Göranboy rayonlarında yerləşən “Azercell”ə aid Radio Baza Stansiyalarında şirkətin mütəxəssisləri tərəfindən ümumi audit inspeksiya aparılıb. Təhlükəsiz, keyfiyyətli rabitəni təmin etmək məqsədilə aşkarlanmış uyğunsuzluqlar qeydiyyata alınıb və dərhal aradan qaldırılıb. Azercell-in işçi qrupunun səyləri nəticəsində cəbhə xəttinə yaxın 25 stansiya avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Artıq bu stansiyalar elektrik təchizatı olmadan belə çalışa bilir. Bununla da adı çəkilən ərazilərdə Azercell abunəçiləri tam keyfiyyətli rabitə ilə təmin olunublar. Hal-hazırda da təkmilləşdirmə işləri davam edir.
Məlumat üçün qeyd edək ki, Azercell regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı Azercell tərəfindən təmin olunur. Son il ərzində Azercell yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirib. Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.
-
- Cəmiyyət
- 12 Aprel 2016 12:31
-
- İqtisadiyyat
- 12 Aprel 2016 12:59
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz