Maliyyə Bazarlarına Nəzarət Palatası hüquqi təminat alıb
Fəxriyar Cabbarov Maliyyə Bazarlarına Nəzarət Palatasında Hüquq departamentinə rəhbər təyin edilib. F.Cabbarov daha əvvəl "Synergy Group" ASC-nin Müşahidə Şurasının tərkibində çalışıb, sonra ASC-nin İdarə heyətinin birinci müavini vəzifəsini tutub.
Xatırladaq ki, Palatanın Direktorlar Direktorlar Şurasının sədri Rüfət Aslanlı, sədr müavini Nigar Məmmədova, üzvü isə İlqar Muradovdur. Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur.
Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin fevralında yaradılıb. Vəzifəsi qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta və kredit təşkilatlarının və ödəniş sistemlərinin lisenziyalaşdırılması, tənzimlənməsi və onlara nəzarətdir. --17D—
-
- Cəmiyyət
- 12 Aprel 2016 12:52
-
- İqtisadiyyat
- 12 Aprel 2016 13:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz