Cəbrayıl �vicdan məhbusları�nın həbs müddəti uzadılıb
Bakı/12.05.17/Turan: Mayın 11-də Nəsimi rayon məhkəməsi Biləsuvar rayonunda qaçqın şəhərciyində elektrik enerjisinin kəsilməsinə qarşı etiraz aksiyasında iştirak edən Cəbrayıl rayonundan olan beş məcburi köçkünün həbs müddətini bir ay uzadıb.
Vəkil Elçin Sadıqovun Turan-a verdiyi məlumata görə, qərardan şikayət veriləcək.
2016-cı il dekabrın 22-də məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbədə əhalinin borcları ilə əlaqədar elektrin enerjisinin kəsilməsinə qarşı etiraz aksiyaları keçirilib.
Aksiya polis tərəfindən dağıdılıb və onun beş iştirakçısı: Cəlal Quliyev, Zaur Firuz, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov iğtişaşlarda, başqasının əmlakını məhv etməkdə və polisə qarşı zorakılıqda ittiham olunaraq həbs ediliblər.
Müdafiə tərəfi ittihamları əsassız hesab edir, hüquq müdafiəçiləri isə həbs olunanları siyasi məhbus elan ediblər, belə ki, onlar dinc şəkildə etirazlarını bildirirdilər.
Sonradan hakimiyyət etirazçıların tələblərini qismən təmin etmək, qəsəbələri qazlaşdırmaq məcburiyyətində qalıb, çünki elektrik enerjisi ilə isinmək sakinlərə baha başa gəlirdi. -03D06-
-
- Cəmiyyət
- 12 May 2017 12:50
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz